8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Donald Tramp Vladimir Putinin İran uranı ilə bağlı təklifini rədd edib

ABŞ və Rusiya liderləri arasında İranın nüvə proqramı ilə bağlı müzakirələr aparılıb. ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı irəli sürdüyü təklifi rədd edib. Məlumata görə, martın 9-da baş tutan telefon danışığı zamanı Rusiya tərəfi İranın təxminən 450 kiloqram həcmində 60 faizədək zənginləşdirilmiş uran ehtiyatının ölkədən çıxarılması və bu materialın təhlükəsizliyinə Moskvanın zəmanət verməsi variantını irəli sürüb.

14 Mart 2026 18:10
Donald Tramp Vladimir Putinin İran uranı ilə bağlı təklifini rədd edib

BAKI, VOA, Orxan Qədirzadə

ABŞ və Rusiya liderləri arasında İranın nüvə proqramı ilə bağlı müzakirələr aparılıb.

VOA xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı irəli sürdüyü təklifi rədd edib.

Məlumata görə, martın 9-da baş tutan telefon danışığı zamanı Rusiya tərəfi İranın təxminən 450 kiloqram həcmində 60 faizədək zənginləşdirilmiş uran ehtiyatının ölkədən çıxarılması və bu materialın təhlükəsizliyinə Moskvanın zəmanət verməsi variantını irəli sürüb.

ABŞ tərəfi isə bu təşəbbüsü qəbuledilməz hesab edib və Vaşinqtonun həmin materialların təhlükəsizliyini öz nəzarəti altında təmin etmək niyyətində olduğunu bildirib.

Ekspertlərin fikrincə, sözügedən həcmdə uran xüsusi narahatlıq doğurur. Bildirilir ki, bu material silah səviyyəsində daha yüksək zənginləşdirməyə məruz qalacağı halda bir neçə həftə ərzində ondan çox nüvə başlığı hazırlanması üçün kifayət edə bilər.

Rusiya tərəfinin İran uranının ölkədən çıxarılması ilə bağlı təşəbbüsü ilk dəfə 2025-ci ilin may ayında irəli sürülmüşdü. Lakin Tehran bu variantı qəbul etməmiş, əvəzində uranın Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında ölkə daxilində qatılığın azaldılması prosesi təklif etmişdi.

Hazırda ABŞ və İsrailin İran əleyhinə hərbi əməliyyatlarının başlamasından sonra Tehran rəhbərliyinin bu məsələyə münasibətində dəyişiklik olub-olmadığı məlum deyil.

ABŞ müdafiə naziri Pit Hegset isə bildirib ki, Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı bir sıra mümkün addım variantları mövcuddur. Onun sözlərinə görə, ABŞ İranın uran ehtiyatlarının könüllü şəkildə təhvil verilməsini üstün hesab edir, lakin lazım gələrsə daha sərt tədbirlərin görülməsi də istisna edilmir.

Mediada yayılan məlumatlara görə, ABŞ və İsrail İranın nüvə obyektlərinin nəzarətə götürülməsi üçün xüsusi təyinatlı qüvvələrin cəlb olunması ehtimalını da müzakirə edir.

Mənbələr bildirir ki, Donald Tramp dünya liderləri, o cümlədən Çin rəhbəri Si Cinpin və Rusiya prezidenti Vladimir Putin ilə dialoqa açıq olsa da, Vaşinqton İranın nüvə proqramı üçün boşluqlar yarada biləcək razılaşmalara getmək niyyətində deyil.

Məqalədə: #Donald Tramp Putinin İran uranı ilə bağlı təklifini rədd edib #ABŞ Rusiya tərəfindən irəli sürülən İran uranı planını qəbul etməyib #ABŞ və Rusiya arasında İran nüvə proqramı müzakirə olunub #Tramp İranın uran ehtiyatları ilə bağlı Moskvanın təklifini qəbul etməyib #İranın nüvə materialları ilə bağlı yeni diplomatik gərginlik

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
Digər Dövlətlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır

19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

19:02
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Digər Dövlətlər

Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib

18:43

Son Xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
19:02
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
18:57
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.