15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pakistan və Çindən Yaxın Şərqlə bağlı birgə bəyanat - 5 bəndlik sülh təşəbbüsü elan etdilər

Pakistan və Çin, ABŞ və İsrailin İrana qarşı zərbələri ilə başlayan regional müharibənin dayandırılması və Yaxın Şərqdə sülhün bərqərar olması məqsədilə 5 bənddən ibarət ortaq təşəbbüs sənədi yayımlayıblar.

1 Aprel 2026 09:29
Pakistan və Çindən Yaxın Şərqlə bağlı birgə bəyanat - 5 bəndlik sülh təşəbbüsü elan etdilər

BAKI, VOA, Orxan Qədirzadə

Pakistan və Çin, ABŞ və İsrailin İrana qarşı zərbələri ilə başlayan regional müharibənin dayandırılması və Yaxın Şərqdə sülhün bərqərar olması məqsədilə 5 bənddən ibarət ortaq təşəbbüs sənədi yayımlayıblar.

VOA xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, sənəd xarici işlər naziri Məhəmməd İshaq Darın Pekində çinli həmkarı Van İ ilə keçirdiyi görüşün yekununda qəbul edilib.

Tərəflər dialoq və diplomatiyanın münaqişələrin həllində yeganə yol olduğunu vurğulayaraq, aşağıdakı 5 bənd üzrə razılığa gəliblər:

Hərbi əməliyyatların və düşmənçiliyin dərhal dayandırılması;

Ən qısa zamanda rəsmi sülh danışıqlarına başlanılması;

Mülki əhalinin təhlükəsizliyinin təmin olunması və qorunması;

Strateji dəniz yollarında (seyrüsefer) təhlükəsizliyin təmin edilməsi;

Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinə tam riayət olunması.

Görüş zamanı İranın və digər Körfəz ölkələrinin suverenliyinə, ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi xüsusi qeyd olunub. Pakistan və Çin mülki şəxslərə, habelə kritik infrastruktura qarşı hücumların dərhal sonlandırılması çağırışını ediblər. Həmçinin Hörmüz boğazından mülki və ticari gəmilərin maneəsiz keçidinə icazə verilməsinin qlobal iqtisadiyyat üçün əhəmiyyəti xatırladılıb.

Bəyanatda müharibədən zərər çəkmiş bölgələrə humanitar yardımların çatdırılması üçün dəhlizlərin açılması tələb olunub. İslamabad və Pekin BMT nizamnaməsi və beynəlxalq hüquq prinsipləri çərçivəsində regionda qalıcı sülhə gətirib çıxaracaq istənilən sazişi dəstəkləməyə hazır olduqlarını bəyan ediblər.

Məqalədə: #Pakistan və Çindən Yaxın Şərq üçün sülh planı: 5 maddəlik ortaq bəyanat #İslamabad və Pekindən kritik addım: İranda müharibənin dayandırılması çağırışı #Pakistan-Çin birgə təşəbbüsü: Hürmüz boğazı və suverenlik vurğusu #Son dəqiqə: Məhəmməd İshaq Dar və Van İ Pekində sülh modelini açıqladılar #Yaxın Şərqdə yeni diplomatik cəbhə: Çin və Pakistanın 5 bəndlik planı #İranın ərazi bütövlüyünə dəstək: Pakistan və Çindən dünyaya mühüm ismarış

Mövzu üzrə digər xəbərlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Digər Dövlətlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb

14 Sentyabr 22:34
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
Digər Dövlətlər

İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp

14 Sentyabr 21:54
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
İran

ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian

14 Sentyabr 21:50
Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
Pakistan

Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb

14 Sentyabr 20:51

Son Xəbərlər

Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
07:45
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.