12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

AzTU-da süni intellekt texnologiyaları və kibertəhlükəsizlik mövzusunda sektor görüşü keçirilib

22 Noyabr 2023 12:35
AzTU-da süni intellekt texnologiyaları və kibertəhlükəsizlik mövzusunda sektor görüşü keçirilib

Bakı, AzerPress:

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Bilişim Vadisi Bakı”nın birgə təşkilatçılığı ilə süni intellekt texnologiyaları və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən dövlət qurumları nümayəndələrinin, şirkətlərin rəhbərlərinin, mühəndislərin iştirakı ilə sektor görüşü keçirilib.

AzerPress xəbər verir ki, əvvəlcə “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov sektor görüşü barədə məlumat verib.

O, bundan sonra hər ay müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə belə görüşlərin təşkil olunacağını bildirib, həmçinin, “Bilişim Vadisi Bakı”da görülən işlər, universitetlərdə texnoparkların yaradılmasının önəmindən danışıb.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycanda texnoloji proseslərin sürətlə inkişaf etdiyi bildirib.

"Artıq universitetlər də tədris və tədqiqat proqramlarını müasir texnoloji proseslərə uyğunlaşdırır. 44 günlük müharibədə Azərbaycan Ordusunun savaş strategiyası, müasir texnologiyalardan düzgün istifadə olunması dünya hərb tarixində bir ilk idi. Müdafiə sənayesi üzrə yüksəkixtisaslı kadrların hazırlanması dövlətin diqqət mərkəzindədir. Regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitet olan AzTU-nun bu istiqamətdə üzərinə böyük vəzifələr düşür. Müdafiə sənayesi üzrə yüksəkixtisaslı kadrlar AzTU-nun xüsusi texnika və texnologiya fakültəsində hazırlanır. Müdafiə sənayesi sahəsində AzTU Türkiyə universitetləri və şirkətləri ilə sıx əməkdaşlıq edir", - deyə o əlavə edib.

Tədbirdə “Bilişim Vadisi Bakı”nın rezidenti Türkiyənin “Ordulu Texnologiya” şirkətinin qurucusu Nizaməddin Ordulu “Süni intellektə əsaslanan sistemlərdən istehsal olunan texnologiyaların gələcək hərbi əməliyyatların idarə edilməsinə mümkün təsirləri” adlı təqdimatla çıxış edib.

Nizaməddin Ordulu təqdimat zamanı mövzuya müvafiq olaraq bu istiqamətdə texnoloji yeniliklər haqqında məlumat verib. O, 44 günlük müharibədə süni intellekt texnologiyalarından istifadə olunduğunu da diqqətə çatdırıb.

Daha sonra AzTU-da fəaliyyət göstərən “Bilişim Vadisi Bakı” ziyarət olunub.

X: Lamanasadli01

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə: #Azərbaycan Texniki Universiteti (AzTU) #Bilişim Vadisi Bakı #Vilayət Vəliyev

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.