7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Microsoft İsraillə əməkdaşlığa etiraz edən əməkdaşını işdən çıxarıb

23 May 2025 14:32
Microsoft  İsraillə əməkdaşlığa etiraz edən əməkdaşını işdən çıxarıb

BAKI, AzerVoice

Microsoft, İsraillə əməkdaşlığa etiraz edən əməkdaşını işdən azad edib.

AzerVoice xəbər verir ki, “Microsoft” şirkəti İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlara texnoloji dəstəyə etiraz edən əməkdaşı Co Lopezin işinə xitam verib.

ABŞ-ın “Microsoft” texnologiya nəhəngi süni intellekt sahəsində çalışan mühəndisi Co Lopezi, şirkətin İsraillə əməkdaşlığına qarşı çıxış etdikdən sonra işdən çıxarıb. Lopez "Apartheid üçün Azure yoxdur" adlı fəal təşəbbüsün üzvü olub və 19 may tarixində keçirilən “Build 2025” texnologiya konfransında etiraz aksiyası keçirib.

Etiraz zamanı Lopez, Microsoft-un baş direktoru Satya Nadella səhnədə çıxış edərkən "Satya! Niyə Microsoftun fələstinliləri necə öldürdüyünü göstərmirsən? İsrailin hərbi cinayətlərinin Azure tərəfindən dəstəkləndiyini niyə izah etmirsən?" - deyə səslənib. O, təhlükəsizlik əməkdaşları tərəfindən zalı tərk etməyə məcbur edilib. Ardınca "Microsoft işçisi kimi bu soyqırımın tərəfi olmayacağam" – ifadəsini işlədib.

Etirazdan sonra Lopez həmkarlarına ünvanladığı daxili məktubda şirkətin İsrail Müdafiə Nazirliyi ilə bağladığı müqavilələrdən narahat olduğunu bildirib və Microsoft-un bu əməkdaşlığın hərbi əməliyyatlarda istifadə edilmədiyi barədə açıqlamasını “açıq-aşkar yalan” adlandırıb.

Microsoft rəhbərliyi isə məsələ ilə bağlı verdiyi açıqlamada süni intellekt və bulud texnologiyalarının İsrail Müdafiə Nazirliyinə təqdim edildiyini təsdiqləyib, lakin bu texnologiyaların mülki şəxslərə qarşı istifadə olunduğuna dair heç bir dəlilin mövcud olmadığını qeyd edib.

Bununla yanaşı, bəzi istifadəçilər və daxili mənbələr Microsoft-un 22 may tarixindən etibarən “Fələstin”, “Qəzza” və “soyqırım” kimi ifadələrdən ibarət daxili e-poçtların bloklandığını iddia ediblər.

Qeyd edək ki, son aylarda bir sıra texnologiya şirkətləri İsrail ilə əməkdaşlıqları səbəbilə işçi etirazları və ictimai reaksiyalarla üzləşir.

Məqalədə: #İsrail #Qəzza zolağı #Microsoft #Microsoft Azure #etiraz #Microsoft etiraz hadisəsi #Microsoft Fələstin siyasəti #Microsoft daxili senzura iddiaları #İsrail hərbi dəstəyi texnologiya şirkətləri

Mövzu üzrə digər xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
Livan

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb

18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Yaxın Şərq

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS

18:46
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Yaxın Şərq

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır

18:37

Son Xəbərlər

BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.