6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Qərb Sahilinin ilhaqı beynəlxalq hüququn kobud pozulmasıdır - BMT

Yaxın Şərqdəki Fələstin Qaçqınları üçün Birləşmiş Millətlər Təşkilatının Yardım və İş Agentliyi (UNRWA) cümə günü İsraildən beynəlxalq hüququn kobud şəkildə pozulması hesab edilən İordan çayının Qərb sahilinin ilhaqını dayandırmağı tələb edib. Bu barədə UNRWA sosial media platforması X-də paylaşımında bildirib.

24 Oktyabr 2025 15:10
Qərb Sahilinin ilhaqı beynəlxalq hüququn kobud pozulmasıdır - BMT

BAKI, AzerVoice, Nailə Babazadə

Yaxın Şərqdəki Fələstin Qaçqınları üçün Birləşmiş Millətlər Təşkilatının Yardım və İş Agentliyi (UNRWA) cümə günü İsraildən beynəlxalq hüququn kobud şəkildə pozulması hesab edilən İordan çayının Qərb sahilinin ilhaqını dayandırmağı tələb edib.

AzerVoice xəbər verir ki, bu barədə UNRWA sosial media platforması X-də paylaşımında bildirib.

“Qəzzada müharibə başladığından bəri, işğal altındakı Qərb Sahili, o cümlədən Şərqi Qüdsdə də zorakılıq kəskin şəkildə artıb,” – deyə qeyd edilib.

“Məlumatlara görə, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (UNOCHA) məlumatına əsasən, mindən çox fələstinli – onların beşdə biri uşaqlardır – öldürülüb, daha çox insan yaralanıb və ya didərgin düşüb. Ailələr üçün həyat qorxu və qeyri-müəyyənlik içində keçməkdədir,” – deyə qurum qeyd edib.

“Qərb Sahilinin ilhaqı tədricən artır və bu, beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır. Bu, dərhal dayandırılmalıdır. Qəzza və Qərb Sahilinin gələcəyi bir-birindən ayrı deyil,” – deyə UNRWA əlavə edib.

Qeyd edək ki, çərşənbə günü İsrail parlamenti, Qərb Sahilinə İsrail qanunlarının tətbiqini nəzərdə tutan və fələstinlilərin gələcək müstəqil dövlətlərinin bir hissəsi kimi görmək istədikləri bu ərazinin ilhaqına bərabər olan qanun layihəsinə ilkin təsdiq verib.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #BMT #UNRWA #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Qəzzanın işğalı #İsrail və UNRWA gərginliyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #UNRWA BMT Qəzza mövqeyi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.