8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ-ın mövqeyi səbəbindən nüvə danışıqlarında ədalətli proses mümkün deyil - Əraqçi

İranın Xarici İşlər Naziri Abbas Əraqçi bildirib ki, ABŞ-ın mövqeyi səbəbindən İranın nüvə proqramı ilə bağlı tarazlı və ədalətli danışıqlar prosesi hazırda mümkün deyil. Cümə axşamı axşamı verdiyi açıqlamalarda Əraqçi Fransaya səfərinin məqsədləri və nəticələri barədə danışıb. O deyib ki, Parisə səfər İranın Fransa ilə ikitərəfli münasibətlər, regional məsələlər, nüvə mövzuları və Ukrayna kimi Avropa məsələləri də daxil olmaqla müxtəlif sahələrdə apardığı məsləhətləşmə və fikir mübadiləsinin davamıdır.

28 Noyabr 2025 10:24
ABŞ-ın mövqeyi səbəbindən nüvə danışıqlarında ədalətli proses mümkün deyil - Əraqçi

BAKI, AzerVoice, Nailə Babazadə

İranın Xarici İşlər Naziri Abbas Əraqçi bildirib ki, ABŞ-ın mövqeyi səbəbindən İranın nüvə proqramı ilə bağlı tarazlı və ədalətli danışıqlar prosesi hazırda mümkün deyil.

AzerVoice xəbər verir ki, cümə axşamı axşamı verdiyi açıqlamalarda Əraqçi Fransaya səfərinin məqsədləri və nəticələri barədə danışıb.

O deyib ki, Parisə səfər İranın Fransa ilə ikitərəfli münasibətlər, regional məsələlər, nüvə mövzuları və Ukrayna kimi Avropa məsələləri də daxil olmaqla müxtəlif sahələrdə apardığı məsləhətləşmə və fikir mübadiləsinin davamıdır.

Əraqçi bildirib ki, İran və Fransa bir sıra mövzularda fikir ayrılıqlarına malik olsa da, siyasi dialoq hər zaman davam edib. O xatırladıb ki, bu il BMT Baş Assambleyasının kuluarlarında iki tərəf geniş müzakirələr aparıb və iki ölkə prezidentləri də yaxın günlərdə telefon danışığı ediblər.

Nazir qeyd edib ki, dialoq beynəlxalq münasibətlərdə zəruri və təbii bir elementdir və tərəflərin bir-birinin mövqelərini anlaması, eləcə də anlaşılmazlıqların və səhv hesablamaların qarşısının alınması bu cür danışıqların əsas məqsədlərindən biridir.

İkitərəfli məsələlərə toxunan Əraqçi bildirib ki, İran vətəndaşı Mahdiyə Əsfəndiyarinin azad edilməsi məsələsi son vaxtlar iki ölkə arasında önəmli mövzulardan biri olub və bu proses artıq son mərhələyə çatıb.

O əlavə edib ki, İran və Fransa səfirliklərinin fəaliyyətinə təsir edən problemlər və maneələr mövcud idi, lakin bunların aradan qaldırılması barədə razılıq əldə olunub.

Əraqçi nüvə məsələsi ilə bağlı da ətraflı müzakirələr aparıldığını və bu prosesdə İranın mövqelərini izah etdiyini söyləyib.

Nazir vurğulayıb ki, hazırkı şəraitdə ABŞ-ın yanaşması səbəbindən tarazlı və ədalətli danışıqlar mümkün deyil.

Əraqçi onu da qeyd edib ki, İran həmişə dialoqa hazır olub və heç vaxt diplomatiyadan imtina etməyib, lakin danışıqların öz qaydaları var və bu qaydalara əməl olunduğu halda danışıqlar aparıla və ya uğur qazana bilər.

Məqalədə: #Ukrayna #nüvə enerjisi #Abbas Əraqçi #İran-ABŞ münasibətləri #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlər #İkitərəfli münasibətlərin inkişafı #İranın nüvə silahlanma ehtimalı #İkitərəfli tariflər #İkitərəfli görüşlər #ikitərəfli əməkdaşlıq #İran–ABŞ danışıqları #İran və ABŞ arasında dolayısı danışıqlar #İran nüvə silahı #Nüvə silahlarının yayılması #Nüvə silahlarının yayılmaması #ABŞ-İran dialoqu

Mövzu üzrə digər xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

21:25
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.