5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən bir sıra əməliyyat sahələrinə baxış keçirilib.

17 Aprel 2026 22:01
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

BAKI,VOA

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdam rayonuna səfər ediblər.

VOA xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən bir sıra əməliyyat sahələrinə baxış keçirilib. Nümayəndələr ANAMA tərəfindən Ağdam rayonunun Cəvahirli kəndində, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərzili kəndində, həmçinin minatəmizləmə fəaliyyətinə cəlb olunmuş yerli şirkət tərəfindən Qızılkəngərli kəndi ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə ətraflı tanış olublar.

Sahə baxışları zamanı minatəmizləmə əməliyyatlarının təşkili, istifadə olunan texniki avadanlıqlar, sahələrdə mina və digər partlayıcı sursatlarla çirklənmə səviyyəsinə görə tətbiq edilən təmizləmə üsulları, eləcə də aşkar edilən partlayıcı sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesi nümayiş olunub. Ərazilərdə mövcud çətinliklər, çirklənmə səviyyəsi, habelə işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və dayanıqlı qayıdışın təminatı məqsədilə minatəmizləmə prosesi ilə yanaşı icra edilən mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş ərazilərin çəpərlənməsi fəaliyyəti barədə məlumat verilib.

Əməliyyat sahələrinə baxış prosesindən sonra İşçi qrupun Ağdam şəhərində iclası keçirilib.

İclasda açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilən humanitar minatəmizləmə tədbirləri barədə məlumat verib. 44 günlük Vətən müharibəsindən sonra Ağdam rayonunda 43,021 hektar ərazi olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 264,581 hektar ərazidə minatəmizləmə fəaliyyətinin aparıldığını, nəticədə 248,583 ədəd mina və digər partlayıcı sursat aşkar edildiyini qeyd edib. Həmçinin, müəyyən ərazilərin konservasiya edilərək çəpərlənməsi işlərinin gedişatına toxunan Vüqar Süleymanov, hal-hazırda Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində çəpərləmə işlərinin yekunlaşdığını, Xocavənd və Ağdərə rayonları ərazisində isə fəaliyyətin davam etdiyini diqqətə çatdırıb.

İşçi Qrupun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindən ərazilərin minalardan təmizlənməsi istiqamətində görülmüş işlər barədə məlumat verib, qarşıda duran öhdəliklər müzakirə edilib.

İclasda, aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti, resursların səmərəli səfərbər olunması və minatəmizləmə əməliyyatların planlı şəkildə icrasının təhlükəsiz qayıdışın təminatında həlledici rol oynadığı vurğulanıb.

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
Məqalədə: #Ağdam #ANAMA #mina terroru #minatəmizləmə #Mina #mina partlayışı #Minatəmizləmə Agentliyi #ANAMA mina təhlükəsizliyi

Mövzu üzrə digər xəbərlər

Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb
Cəmiyyət

Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

2 Sentyabr 11:25
Yəmən hökuməti Hodeydədə baş verən ölümcül partlayışa görə husiləri ittiham edib
Yəmən

Yəmən hökuməti Hodeydədə baş verən ölümcül partlayışa görə husiləri ittiham edib

4 Avqust 18:19
Ağdərədə 2 nəfər minaya düşdü
Hadisə

Ağdərədə 2 nəfər minaya düşdü

3 Avqust 11:40
Cəbrayılda mina partlayışı baş verib, bir nəfər xəsarət alıb
Cəmiyyət

Cəbrayılda mina partlayışı baş verib, bir nəfər xəsarət alıb

23 İyul 20:56

Son Xəbərlər

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.