5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb

Sevil Mikayılova IPU-nun İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edib

1 İyul 2026 12:49
IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb

BAKI,VOA

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə parlamentin deputatı, Parlamentlərarası İttifaqın (IPU) vitse-prezidenti Sevil Mikayılova Cenevrədə keçirilən IPU-nun İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edib.

İclasın yekununda bildirilib ki, 12 il ərzində IPU-nun Baş katibi vəzifəsində çalışmış Martin Çunqonq səlahiyyətlərini başa vurub. Təşkilatın yeni Baş katibi Anda Filip isə vəzifəsinin icrasına başlayıb.

Rumıniyanı təmsil edən Anda Filip IPU-da 20 ildən artıq fəaliyyət göstərib. O, 2011-ci ildən üzv parlamentlərlə iş və xarici əlaqələr üzrə direktor vəzifəsini tutub, 2003–2011-ci illərdə isə IPU-nun BMT yanında Nyu-Yorkdakı daimi müşahidəçisi olub. Anda Filip təşkilatın 137 illik tarixində bu vəzifəyə seçilən ilk qadın və Şərqi Avropanı təmsil edən ilk şəxs olub.

Bundan əlavə, iclasın gündəliyində təşkilatın hesabat sənədləri də müzakirə olunub. Sevil Mikayılova IPU-nun Gender Əməkdaşlığı Komitəsinin sədri qismində BMT-nin xüsusi nümayəndəsinin iştirakı ilə keçirilən insan hüquqları üzrə ayrıca iclasda çıxış edib.

O, xüsusilə qeyd edib ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insan hüquqlarının müdafiəsi sahəsində yaranan yeni çağırışlar ciddi narahatlıq doğurur. Bununla əlaqədar olaraq, o, müvafiq beynəlxalq konvensiyaların yenilənməsinin zəruriliyini vurğulayıb. Bildirilib ki, yeni məzmun və mahiyyət qazanan insan hüquqları mövzusu, xüsusilə uşaq və qadın hüquqları kontekstində getdikcə daha böyük aktuallıq kəsb edir.

IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb
Məqalədə: #Sevil Mikayılova #Cenevrə #Beynəlxalq Parlamentlərarası İttifaqı (IPU

Mövzu üzrə digər xəbərlər

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova
Siyasət

Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

24 Avqust 18:27
Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur
Cəmiyyət

Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur

13 Avqust 16:05

Son Xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.