8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur

İsveçrənin Cenevrə şəhərində keçirilən, müxtəlif ölkələrdən gəncləri bir araya gətirən 31-ci AFS (American Field Service) Gənclər Assambleyasının ilk günü uğurla başa çatıb.Assambleyada Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı və Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının Macarıstan, Estoniya, Kanada, Finlandiya və Litvadan olan üzvləri iştirak edir.

13 Avqust 2026 16:05
Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur

BAKI,VOA

İsveçrənin Cenevrə şəhərində keçirilən, müxtəlif ölkələrdən gəncləri bir araya gətirən 31-ci AFS (American Field Service) Gənclər Assambleyasının ilk günü uğurla başa çatıb.Assambleyada Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı və Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının Macarıstan, Estoniya, Kanada, Finlandiya və Litvadan olan üzvləri iştirak edir.

Azərbaycan diaspor gənclərinin bu qədər geniş coğrafiyadan təmsil olunması ADG-nin qlobal gənclər şəbəkəsindəki fəallığının, eləcə də müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərin artan beynəlxalq əməkdaşlıq imkanlarının bariz göstəricisidir.

Assambleyanın açılış mərasimi və tanışlıq sessiyaları çərçivəsində iştirakçılar müxtəlif ölkələrdən gələn gənc liderlərlə tanış olub, yeni əlaqələr qurub və təcrübə mübadiləsi aparıblar.

İlk günün proqramı gənclər arasında beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, mədəniyyətlərarası dialoqun dərinləşməsinə və yeni birgə təşəbbüslərin yaranmasına həsr olunub.

ADG-nin icraçı direktorunun müavini, Estoniyanı üzrə koordinatoru Nəzrin Cəfərova çıxış edərək Azərbaycan diaspor gənclərinin fəaliyyəti və gələcək təşəbbüsləri ilə bağlı fikirlərini bölüşüb.

Assambleya öz işini panel müzakirələri, tematik sessiyalar və interaktiv fəaliyyətlərlə davam etdirəcək. Sessiyalar zamanı iştirakçılar qlobal çağırışlar, gənclərin qərarvermə proseslərindəki rolu, dayanıqlı inkişaf məqsədləri və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparacaq, öz təcrübə və baxışlarını digər iştirakçılarla bölüşəcəklər.

Azərbaycan nümayəndələrinin Assambleyada fəal iştirakı ölkəmizin gənclərinin beynəlxalq platformalarda daha geniş təmsil olunmasına, yeni tərəfdaşlıqların qurulmasına və Azərbaycanın beynəlxalq gənclər şəbəkəsində mövqeyinin daha da möhkəmlənməsinə töhfə verir.

Qeyd edək ki, 31-ci AFS Gənclər Assambleyası gənclərin qlobal problemlərin həllində rolunun artırılması, liderlik bacarıqlarının inkişaf etdirilməsi, dayanıqlı inkişaf məqsədləri, beynəlxalq əməkdaşlıq və innovativ yanaşmaların təşviqi istiqamətində dünyanın aparıcı gənclər platformalarından biri hesab olunur.

Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur
Məqalədə: #Azərbaycan #Diasporla İş üzrə Dövlət Komitəsi #İsveçrə #Cenevrə #Azərbaycan Diaspor Gəncləri (ADG)

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.