15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Qətər
Qətər

İranın hücumundan sonra Körfəz ölkələri Dohada toplanır

Fars Körfəzi Əməkdaşlıq Şurasının Nazirlər Şurası bu gün Dohada fövqəladə iclas keçirir. Toplantıya səbəb İranın Qətərdə yerləşən “əl-Udeyd” hərbi bazasına raket hücumu olub.

24 İyun 2025 16:45
İranın hücumundan sonra Körfəz ölkələri Dohada toplanır

BAKI, AzerVoice

Fars Körfəzi Əməkdaşlıq Şurasının Nazirlər Şurası fövqəladə iclas keçirir- Qətərə raket hücumuna qarşı həmrəylik mesajı verilir.

AzerVoice xəbər verir ki, Fars Körfəzi Əməkdaşlıq Şurasının Nazirlər Şurası bu gün Dohada fövqəladə iclas keçirir. Toplantıya səbəb İranın Qətərdə yerləşən “əl-Udeyd” hərbi bazasına raket hücumu olub.

Baş katib Casim Məhəmməd əl-Budeyvi bildirib ki, fövqəladə toplantı Şuranın 49-cu iclası çərçivəsində baş tutacaq və iclasa Küveytin xarici işlər naziri Abdullah Əli əl-Yəhya sədrlik edəcək. İclasda bütün körfəz ölkələrinin xarici işlər nazirləri iştirak edəcək.

Əl-Budeyvi bildirib ki, iclas İranın raket hücumunun nəticələrinə həsr olunacaq və bu kontekstdə Qətərlə tam həmrəylik nümayiş etdiriləcək. “Qətərin təhlükəsizliyi və sabitliyi, körfəz ölkələrinin ümumi təhlükəsizliyinin ayrılmaz hissəsidir,” – deyə baş katib vurğulayıb.

Bundan əlavə, Əl-Budeyvi BƏƏ-nin paytaxtı Əbu-Dabidə Avropa Parlamentinin sədri Robertha Metsola ilə görüş keçirib. Görüş zamanı Fars Körfəzi regionundakı son hadisələr, Avropa İttifaqı ilə Körfəz ölkələri arasında parlament əməkdaşlığının gücləndirilməsi və ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, İranın “əl-Udeyd” hərbi bazasına raket hücumu bölgədə gərginliyi artırıb. Hücumdan sonra körfəz ölkələri Qətərlə həmrəylik nümayiş etdirmək və regionda sabitliyi qorumaq məqsədilə təcili tədbirlər görmək qərarına gəlib.

Məqalədə: #İran #Qətər #Doha #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #Fars körfəzi #İran İslam Respublikasının Yol və Şəhərsalma nazirliyi #Suriya Körfəz ölkələri #Fars körfəzi mübahisəsi

Mövzu üzrə digər xəbərlər

Qətər süni intellekt infrastrukturu reytinqində birinci olub
Qətər

Qətər süni intellekt infrastrukturu reytinqində birinci olub

14 Sentyabr 21:14
Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir
Qətər

Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir

14 Sentyabr 21:06
Qətər Mərkəzi Bankının sədri Körfəz ölkələrinin maliyyə toplantılarında iştirak edib
Qətər

Qətər Mərkəzi Bankının sədri Körfəz ölkələrinin maliyyə toplantılarında iştirak edib

14 Sentyabr 20:33
Qətər korrupsiyaya qarşı mübarizə üzrə VI Ərəb Konfransına ev sahibliyi edəcək
Qətər

Qətər korrupsiyaya qarşı mübarizə üzrə VI Ərəb Konfransına ev sahibliyi edəcək

14 Sentyabr 20:25

Son Xəbərlər

Abbas Əraqçi Pekində Van İ ilə görüşəcək
Abbas Əraqçi Pekində Van İ ilə görüşəcək
13:54
Səudiyyədə topdansatış qiymətləri 4,6 faiz, kimyəvi maddələr isə 51,4 faiz bahalaşıb
Səudiyyədə topdansatış qiymətləri 4,6 faiz, kimyəvi maddələr isə 51,4 faiz bahalaşıb
13:45
İraq parlamentindən demokratiya çağırışı
İraq parlamentindən demokratiya çağırışı
13:40
İordaniya və NATO birgə təlimə hazırlaşır
İordaniya və NATO birgə təlimə hazırlaşır
13:17
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
13:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.