5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət, tarix, əxlaq
İslam və həyat: Şəriət, tarix, əxlaq

Vəhyin nazil olduğu yer – Nur dağı

31 Yanvar 2025 12:30
Vəhyin nazil olduğu yer – Nur dağı

BAKI,AzerVoice, ƏHMƏD SALİH HƏLƏBİ Xüsusi olaraq AzerVoice üçün

Məkkə şəhərindəki Nur Dağını və onun İslam aləmində önəmini unutmamaq lazımdır. Aləmlərə rəhmət olaraq göndərilən Hz. Məhəmmədə ilk vəhy burda nazil olduvə Aləmlərin rəbbi ona “ OXU,Səni yaradan rəbbinin adı ilə oxu” ayəsini nazil etdi. (Əl-Əlaq surəsi, ayə 1) Bəli Allahın peyğəmbərə ilk əmri məhz OXU oldu.
Nur Dağı, İslam tarixində və Peyğəmbər həyatında mühüm yerlərdən biridir. Bu dağ, Məscid-i Haramdan dörd kilometr şimal-şərqdə yerləşir. Dağın ən yüksək zirvəsi, cənub-qərb tərəfindəki Hira mağarasıdır.
Vəhy gəlmədən öncə peyğəmbərimiz (s.a.s) burada tənhalıqda ibadət edərdi. Dağ 642 metr hündürlüyündədir və 380 metrdən 500 metr hündürlüyə qədər dik bir enişə sahibdir. Nur dağının ümumi sahəsi 5 kvadrat kilometrdir. Dağın zirvəsi dəvənin hörgüsünü xatırladır.

Hira mağarası dağın ən yüksək nöqtəsində yerləşir. Bu mağara, Peyğəmbərimizin (s.a.s) ibadət etdiyi yerdir və dağda bir oyuqdan ibarətdir. Mağaranın girişi şimala doğru açılır, uzunluğu təxmini dörd insan uzunluğu (təxmini yeddi metrə qədər,) eni siə iki təxmini iki metrə yaxındır.Bu mağarada yalnız beş nəfər bir vaxtda yerləşə bilər.
Nur Dağının bir çox adı vardır, bunlardan ən məşhurları "Quran Dağı" və "İslam Dağı"dır. Lakin hazırda bu dağ "Nur Dağı" olaraq tanınır, çünki burada peyğəmbərliyə işarə edən işıqların görünməsi ilə bağlı rəvayətlər mövcuddur.
Nur Dağı, Məkkənin və Hicazın digər dağlarından fərqlənir, çünki bu dağ Peyğəmbərimizin ibadət etdiyi yerdir və eyni zamanda Kəbənin təməli bu dağdan olan daşlarla tikilmişdir. Bu dağ, ətrafdakı heç bir dağa bənzəmir və tarixi mənbələr göstərir ki, Məkkədə və Hicazda bu dağa bənzəyən başqa bir dağ yoxdur.
Bu dağ Məkkədə oan bütün tarixi ərazilər kimi dövlətin xüsusu nəzarətindədir."İbrahimi-Hira Mədəniyyət Kəndi" adlı yeni bir ərazinin yaxınlığında, Hira Mağarasına yaxın bir ərazidə mədəniyyət və turizm layihələri həyata keçirilir. Bu ərazidə bir çox muzeylər və sərgilər açılıb ki, bunlar ziyarətçilərin dini və mədəni təcrübələrini zənginləşdirir. Bunlara “Vəhy sərgisi” və Quran Muzeyi daxildir. Hal hazırda ərazi böyük bir turizm və mədəniyyət məkanı halına gəlib ki, Məkkə şəhəri və müqəddəs yerlərin Vəliəhd tərəfindən diqqət mərkəzində saxlanıldığını bariz nümunəsidir.

Bu ərazi 67 min kvadrat metrdən çox bir sahəni əhatə edir. Burada dağın və mağaranın tarixi əhəmiyyəti və ətrafındakı müxtəlif mədəniyyətləri öyrənmək mümkündür. Layihə, ziyarətçilərə məlumat və mədəniyyətlə zəngin təcrübələr təqdim etmək məqsədi güdür və burada həmçinin Quran Muzeyi, Vəhy sərgisi də daxildir.

Vəhi sərgisində, Peyğəmbərlərə vəhyin nazil olması anlatılır.Burada xüsusilə də Hz. Muhəmmədə vəhiyin enişinə dair məlumatlar yer alır. Eyni zamanda, Hira Mağarası, Xədicə bint Xüveylid (Allah ondan razı olsun) və Cəbrayıl əleyhissalam haqqında da məlumat verilir.

Quran Muzeyi, layihənin əsas komponentlərindən biridir və onun məqsədi Allahın Kitabını tanıtmaqdır. Burada Quranın köhnə əlyazmaları, texnologiya və sərgi vasitəsilə təqdim olunur.

Ərazidə ticarət obyektləri də var, restoranlar və kafelər yerli və beynəlxalq yeməklər və içkilər təqdim edir. Ziyarətçilər həmçinin, bu yerin tarixini və önəmini əks etdirən hədiyyə və suvenirləri alaraq, oradan ayrılmaq imkanı əldə edirlər.

Vəhyin nazil olduğu yer – Nur dağı Vəhyin nazil olduğu yer – Nur dağı Vəhyin nazil olduğu yer – Nur dağı Vəhyin nazil olduğu yer – Nur dağı Vəhyin nazil olduğu yer – Nur dağı Vəhyin nazil olduğu yer – Nur dağı
Məqalədə: #İslam irsi #Əhməd Hələbi

Mövzu üzrə digər xəbərlər

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu
Nə, necə, niyə? Elmi ensiklopediya

İslam tarixinin yeganə İsmaili xilafəti: Fatimilər dövlətinin yüksəlişi və süqutu

30 Avqust 09:00
İman və etiqad arasında fərq nədir?
İslam və Tarix

İman və etiqad arasında fərq nədir?

23 Avqust 16:51
Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti
Səudiyyə Ərəbistanı

Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

22 Avqust 01:06
Tövhid və axirət inancı: Zariyat surəsi haqqında mühüm faktlar
Quran bələdçisi: Surələrin mahiyyəti

Tövhid və axirət inancı: Zariyat surəsi haqqında mühüm faktlar

2 Avqust 13:00

Son Xəbərlər

Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
18:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.