10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan İlahiyyat İnstitutunda Azərbaycan Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

18 Oktyabr 2024 17:45
Azərbaycan İlahiyyat İnstitutunda Azərbaycan Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, AzerVoice

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

AzerVoice xəbər verir ki, Tədbir İnstitut tələbələrinin iştirakı ilə baş tutub.

İlahiyyat fakültəsinin dekanı, tədbirin moderatoru, dosent Elnurə Əzizova 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və ölkə vətəndaşları üçün əlamətdar gündür. E.Əzizova bu səpkili seminar və tədbirlərə tələbələrin fəal surətdə qatılmasını tövsiyə edib, belə tədbirlərin onların şəxsiyyət kimi formalaşmasında oynayacağı mühüm rolu diqqətə çatdırıb.

Dekan qeyd edib ki, Ulu Öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionun liderinə çevrilməsinə gətirib çıxarıb.

İlahiyyat fakültəsi İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafa çıxış edib. Məruzəçi tarixboyu dünyada öz dövlətini, onun müstəqilliyini qoruyan xalqlardan nümunələr gətirib, onların hansı çətinliklərlə üzləşdiyini diqqqətə çatdırıb.

R.Mustafa Azərbaycanın müstəqillik tarixinə nəzərə salıb. Cümhuriyyət dövrü, bu mərhələdə aparılan mübarizələri, ortaya çıxan problemləri vurğulayıb. İstər sovet dövrü, istərsə də müstəqilliyimiz bərpa olunandan sonrakı vaxtda dövlət-din münasibətlərinə diqqət çəkib. Məruzəçi dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən geniş bəhs edib. Ölkəmizin suverenlik qazandığı yeni bir dönəmin başlanğıcına – 44 günlük Vətən müharibəsinə diqqət çəkərək, savaşdan sonrakı dövrdə Qarabağın dirçəliş tarixinə də nəzər yetirib.

Tədbir müzakirələrlə davam edib.

Azərbaycan İlahiyyat İnstitutunda Azərbaycan Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib Azərbaycan İlahiyyat İnstitutunda Azərbaycan Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib Azərbaycan İlahiyyat İnstitutunda Azərbaycan Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib Azərbaycan İlahiyyat İnstitutunda Azərbaycan Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
Məqalədə: #Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) #Azərbaycanda Müstəqilliyin Bərpası Günü

Mövzu üzrə digər xəbərlər

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33

Son Xəbərlər

İordaniya Livana 13-cü humanitar yardım karvanını göndərib
İordaniya Livana 13-cü humanitar yardım karvanını göndərib
18:15
Səudiyyə Ərəbistanı süni intellekt strategiyasını gücləndirir
Səudiyyə Ərəbistanı süni intellekt strategiyasını gücləndirir
18:12
Misirdə inflyasiya 12,7 faizə enib
Misirdə inflyasiya 12,7 faizə enib
18:06
"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi
"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi
18:01
İraq silahlı qrupların tərksilahı üçün danışıqlara başlayır
İraq silahlı qrupların tərksilahı üçün danışıqlara başlayır
18:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.