10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

COP29 nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a bir həftə qalmış, nüfuzlu beynəlxalq təşkilatlar bu mühüm tədbirə xüsusi diqqət yetirir.

3 Noyabr 2024 18:04
COP29 nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir

Bakı. AzerVoice

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a bir həftə qalmış, nüfuzlu beynəlxalq təşkilatlar bu mühüm tədbirə xüsusi diqqət yetirir.

AzerVoice-un məlumatına görə, Avropa Regionlar Komitəsi, BMT Fondu və Yaşıl İqlim Fondu kimi beynəlxalq qurumlar sosial media platformalarında COP29-un əhəmiyyətini vurğulayan paylaşımlar edərək, bu konfransı iqlim dəyişikliyi ilə qlobal mübarizə üçün mühüm platforma kimi dəyərləndiriblər.

Avropa Regionlar Komitəsinin üzvü Andries Grifroy COP29 çərçivəsində regionlar və şəhərlərin rolunun önəmini qeyd edərək bildirib: “Biz, Avropa Regionlar Komitəsi olaraq, COP29-da Yaşıl Sazişi gücləndirməyi hədəfləyirik. Ancaq bu, təkcə mitiqasiya deyil, uyğunlaşma tədbirlərini də əhatə etməlidir. Ümid edirəm ki, COP29-da qlobal Yaşıl Sazişdə yerli və regional rolumuzu daha da ön plana çıxara biləcəyik.”

BMT Fondu isə iqlim dəyişikliyinin təsirlərinin cəmiyyətləri uyğunlaşmağa məcbur etdiyini və mövcud maliyyələşmənin bu ehtiyacları qarşılamaqda kifayət etmədiyini bildirir. Fondun mütəxəssisləri COP29-u dünya liderləri üçün uyğunlaşma maliyyəsini artırmaq baxımından böyük bir fürsət kimi görürlər. Onların fikrincə, bu konfrans iqlim dəyişikliyindən ən çox zərər çəkən ölkələr üçün zəruri maliyyənin təmin edilməsi üçün əhəmiyyətli bir imkandır.

Yaşıl İqlim Fondu da COP29 öncəsi açıqlamasında Paris Sazişi məqsədlərinə çatmaq üçün davamlı sərmayələr etdiyini və iqlim maliyyələşdirilməsinin əsas platformalarından biri kimi çıxış etdiyini vurğulayıb. Fondun maliyyələşdirdiyi layihələr inkişaf etməkdə olan ölkələrin ehtiyac və məqsədlərinə əsaslanır və davamlı bir planet yaratmağa xidmət edir. Yaşıl İqlim Fondu COP29-u bu istiqamətdə əhəmiyyətli bir fürsət kimi dəyərləndirir.

Qeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.

Məqalədə: #COP29

Mövzu üzrə digər xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

20:45
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00

Son Xəbərlər

2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.