15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Konvensiyanın üzvü olan bütün tərəflər qazıntı yanacaqlarının istifadəçisidirlər - Hikmət Hacıyev

"Təbii ki, iqlimə mənfi təsir göstərir, bu faktdır. Amma bunun qarşısına almaq istiqamətində birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz və mahiyyət daşımayan bir müzakirələrlə. Yəni ona görə də bu günə qədər də COP-a ev sahibliyi edən ölkələr, demək olar ki, bu və ya digər formada qazıntı yanacaqları istehsal edən ölkə olublar. Bizdən əvvəl Avropa ölkələrində, məsələn, Polşada - Katovitsedə keçirilib

12 Noyabr 2024 09:28
Konvensiyanın üzvü olan bütün tərəflər qazıntı yanacaqlarının istifadəçisidirlər - Hikmət Hacıyev

Bakı, AzerVoice

İsveçrə xaric olmaqla, demək olar ki, bütün dövlətlər bu və ya digər formada qazıntı yanacaqlarını istehsal edən ölkələr olublar.

AzerVoice xəbər verir ii, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 konfransı kluarlarında jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, digər bir tərəfdən də məsələnin bir tərəfi deyilir, ikinci tərəfi nəzərə alınmır:

“Ümumiyyətlə, qazıntı yanacaqları ilə əlaqədə, əgər bir tərəfdən təklif varsa, digər tərəfdən də tələb var. Demək olar ki, konvensiyanın üzvü olan bütün tərəflər qazıntı yanacaqlarının istifadəçisidirlər.

Burada da yenə biz ucuz xarakterli, populistik elementləri görürük".

H.Hacıyev bildirib ki, bu gün real dünyanın tələbatları var və qazıntı yanacaqları da mövcud dünyanın bir tərkib hissəsidir.

"Təbii ki, iqlimə mənfi təsir göstərir, bu faktdır. Amma bunun qarşısına almaq istiqamətində birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz və mahiyyət daşımayan bir müzakirələrlə. Yəni ona görə də bu günə qədər də COP-a ev sahibliyi edən ölkələr, demək olar ki, bu və ya digər formada qazıntı yanacaqları istehsal edən ölkə olublar. Bizdən əvvəl Avropa ölkələrində, məsələn, Polşada - Katovitsedə keçirilib.

Polşa bu gün dünyada ən çox kömür istehsal edilən ölkələr sırasındadır. Böyük Britaniyada Qlazqoda keçirilib. Qlazqo dünyada ən çox kömür istehsal edilən yerlərdən biridir. Ona görə də burada qarşılıqlı ittihamlar yox, nəticəyönümlü müzakirələrə töhfə vermək lazımdır", - o əlavə edib.

Məqalədə: #COP29 #Hikmət Hacıyev

Mövzu üzrə digər xəbərlər

Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Texnologiya

Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib

14 Sentyabr 21:57
Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili
Filmoskop

Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili

14 Sentyabr 20:37
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

14 Sentyabr 13:12
Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev
Cəmiyyət

Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev

14 Sentyabr 12:29

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.