4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Milli Məclisin payız sessiyasının ilk plenar iclası başlayıb

Milli Məclisin 2025-ci il payız sessiyasının ilk plenar iclası başlayıb.Iclasın gündəliyinə aşağıdakı 12 məsələ daxil edilib: 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.

30 Sentyabr 2025 11:10
Milli Məclisin payız sessiyasının ilk plenar iclası başlayıb

BAKI, AzerVoice

Bakı. Trend:

Milli Məclisin 2025-ci il payız sessiyasının ilk plenar iclası başlayıb.

AzerVoice-in məlumatına görə, iclasın gündəliyinə aşağıdakı 12 məsələ daxil edilib:

1. 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.

2. Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

3. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (II səsvermə).

4. "Ozon qatını dağıdan maddələr haqqında" Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi.

5. "Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi.

6. "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

7. "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

8. "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi.

9. "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi.

10. "Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi.

11. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Məqalədə: #Milli Məclis #Avropa Komissiyası #telekommunikasiya #iclas #27 Sentyabr – Anım Günü #ozon təbəqəsi #Gömrük tariflərinin artırılması #Beynəlxalq Telekommunikasiya İttifaqı #Monreal

Mövzu üzrə digər xəbərlər

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Bişkekdə ŞƏT sammitinin yekunlarına dair 28 sənəd imzalanıb
Siyasət

Bişkekdə ŞƏT sammitinin yekunlarına dair 28 sənəd imzalanıb

1 Sentyabr 12:23
Avropa İttifaqı İran–ABŞ müharibəsi fonunda qaz təchizatından narahat deyil
Digər Dövlətlər

Avropa İttifaqı İran–ABŞ müharibəsi fonunda qaz təchizatından narahat deyil

20 Avqust 18:32

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.