Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksi ilə tanış olublar. Prezident İlham Əliyev tərəfindən 2025-ci il sentyabrın 27-də – Anım Günündə açılışı həyata keçirilən bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Milli Məclisin payız sessiyasının ilk plenar iclası başlayıb
Milli Məclisin 2025-ci il payız sessiyasının ilk plenar iclası başlayıb.Iclasın gündəliyinə aşağıdakı 12 məsələ daxil edilib: 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.
27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib
26 sentyabr 2025-ci il tarixində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda şəhid və qazi ailələrinin üzvləri, eləcə də yerli sakinlər üçün 27 sentyabr – Anım gününə həsr olunmuş ödənişsiz tibbi-sosial aksiya təşkil edilib.
Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın 27 sentyabr - Anım Günü ilə əlaqədar rəsmi "X" səhifəsində paylaşım edib.
ABŞ Cənubi Qafqazda daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək - Səfirlik
ABŞ Cənubi Qafqazda daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək. Bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin "X" sosial şəbəkəsində 27 sentyabr - Anım Günü ilə bağlı paylaşımında bildirilib.
Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib
44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin şəxsi heyəti Bakı şəhərində inşa olunan Zəfər parkındakı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəni ziyarət edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Anım Günündə Zəfər parkını ziyarət edib
27 Sentyabr - Anım günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər parkında olub. Zəfər abidəsinin önünə gül dəstələri düzülərək qürur mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 Sentyabr - Anım Günü kimi qeyd edilir. Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.
İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib
İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib. Qeyd edilib ki, Milli Qəhrəman, Polad Həşimov və Vətən müharibəsi şəhidlərinin dəfn edildiyi İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib. Bundan sonra həmin xiyaban Hərbi Memorial Məzarlıq adlanacaq.
Ərdoğan Anım Günündə Qarabağ şəhidlərini yad etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın 27 sentyabr – Anım Günü münasibətilə paylaşım edərək Qarabağ uğrunda canını fəda edən şəhidləri rəhmətlə andı, qazilərə ehtiramını ifadə etdi.
Qanvermə aksiyası keçirilib
27 sentyabr - Anım Günü ilə bağlı təşkil olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə qanvermə aksiyası Bakı şəhəri üzrə “Bakı KOB evi”, Respublika Qan Bankı və “Məlhəm Beynəlxalq Hospital”da təşkil olunub. Tədbirə qoşulan sahibkarlar və şirkət əməkdaşları, eləcə də KOBİA, İCMA və “Marsol Group”un nümayəndələri qan verib. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət edirlər
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin deputatları, digər dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Xocalıda 27 Sentyabr – Anım Günü tədbiri keçirilib
27 sentyabr – Anım Günü ilə bağlı Xocalı şəhər Şəhidlər xiyabanında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb, qəhrəman Vətən övladlarının əziz xatirəsinə dualar oxunub.