5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib

26 sentyabr 2025-ci il tarixində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda şəhid və qazi ailələrinin üzvləri, eləcə də yerli sakinlər üçün 27 sentyabr – Anım gününə həsr olunmuş ödənişsiz tibbi-sosial aksiya təşkil edilib.

27 Sentyabr 2025 20:24
27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib

Bakı. AzerVoice

26 sentyabr 2025-ci il tarixində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda şəhid və qazi ailələrinin üzvləri, eləcə də yerli sakinlər üçün 27 sentyabr – Anım gününə həsr olunmuş ödənişsiz tibbi-sosial aksiya təşkil edilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzerVoice-ə verilən məlumata görə, aksiyanın rəsmi açılışında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi, t.e.d. Bəxtiyar Musayev, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, həkimlər və tibb işçiləri iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov öz çıxışında edib ki, qeyd edib ki, qazilərin müalicəsi və sağlamlıqlarının bərpası ölkə başçısının daim diqqət mərkəzindədir. Bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının resursları səfərbər olunur. 27 sentyabr - Anım Günü ərəfəsində Mərkəzi Gömrük Hospitalının ixtisaslaşmış tibbi briqadası tərəfindən Qala Dövlət Qoruğunda keçirilən bugünkü tibbi aksiya da ilk növbədə qazilərin və onların yaxınlarının, şəhid ailələrinin və eyni zamanda yerli sakinlərin sağlamlığının qorunmasına yönəldilib.

Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev vurğulayıb ki, belə tədbirlər sağlamlıq problemlərinin erkən aşkarlanmasına və insanların profilaktik müayinələrdən keçirilməsinə mühüm töhfə verir.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud göstərilən yüksək səviyyəli tibbi xidmətə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə və həkim heyətinə minnətdarlığını bildirib. O qeyd edib ki, bu cür aksiyalar şəhid və qazi ailələrinin, həmçinin yerli sakinlərin sağlamlığının qorunmasında xüsusi əhəmiyyət daşıyır.

Aksiya çərçivəsində Mərkəzi Gömrük Hospitalının müxtəlif ixtisaslı həkimləri tərəfindən 200 nəfərə kardioloji, uroloji, endokrinoloji, radioloji, nevroloji, oftalmoloji, ginekoloji, terapevtik, pediatrik və cərrahi xidmətlər daxil olmaqla 500-dən çox tibbi müayinələr göstərilib. Səhhətində problem aşkar olunan şəxslərə USM, EKQ, ExoKQ, rentgen və digər müayinələr aparılıb, müalicə ilə bağlı tövsiyələr verilib və zəruri təyinatlar edilib.

Eyni zamanda aksiyanın məqsədi - sağlam həyat tərzinin əhəmiyyəti və xəstəliklərin erkən diaqnostikasının vacibliyi barədə əhali arasında maariflənməsi olmuşdur. Tibbi aksiyadan çox iştirakçılar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun açıq havada və qapalı məkanlarda yerləşmiş muzeyləri ziyarət ediblər.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq müxtəlif bölgələrdə ödənişsiz tibbi-sosial aksiyalar təşkil olunur. Bu təşəbbüslər vətəndaşların sağlamlığının qorunmasına xidmət etməklə yanaşı, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib 27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib 27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib 27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib 27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib 27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib 27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib 27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib 27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib 27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib 27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib 27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib 27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib
Məqalədə: #Dövlət Gömrük Komitəsi #Ceyhun Məmmədov #aksiya #27 Sentyabr – Anım Günü #Tibbi Xidmətlər #İçərişəhər

Mövzu üzrə digər xəbərlər

Azərbaycan təbii qaz ixracını artırıb
Neft və qaz

Azərbaycan təbii qaz ixracını artırıb

17 Avqust 10:35
Yanvar-iyun aylarında Hindistana ixrac olunmuş Azərbaycan neftinin həcmi açıqlandı
İqtisadiyyat

Yanvar-iyun aylarında Hindistana ixrac olunmuş Azərbaycan neftinin həcmi açıqlandı

3 Avqust 20:27
Sərhəd və gömrük prosedurlarının sürətləndirilməsi üçün tapşırıqlar verildi
Cəmiyyət

Sərhəd və gömrük prosedurlarının sürətləndirilməsi üçün tapşırıqlar verildi

29 May 10:53
Gömrük komitəsi və sahibkarlar bir araya gəldi
İqtisadiyyat

Gömrük komitəsi və sahibkarlar bir araya gəldi

23 May 19:08

Son Xəbərlər

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
18:12
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
18:07
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
18:03
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.