27 sentyabr – Anım gününə həsr edilən tibbi-sosial aksiya keçirilib
26 sentyabr 2025-ci il tarixində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda şəhid və qazi ailələrinin üzvləri, eləcə də yerli sakinlər üçün 27 sentyabr – Anım gününə həsr olunmuş ödənişsiz tibbi-sosial aksiya təşkil edilib.
“AzerGold” QSC-də növbəti qanvermə aksiyası keçirilib
“AzerGold” QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə növbəti qanvermə aksiyası təşkil edilib. Aksiyada “AzerGold” QSC-nin və onun törəmə müəssisəsi olan “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları iştirak edərək, könüllü şəkildə qan veriblər.
Fransada Makron əleyhinə keçirilən aksiyalarda 540 nəfər saxlanılıb
Fransada dünən keçirilən Emmanuel Makron əleyhinə etiraz aksiyalarında 540 nəfər saxlanılıb. Bu həftə mərkəz sağçı Fransua Bayrunun hökumətinin süqutundan sonra Sebastyan Lekornu yeni baş nazir təyin edilib. Ölkə isə dünən Makronun siyasətlərinə qarşı kütləvi etirazlarla gündəmdə olub. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 850 müxtəlif nöqtədə keçirilən aksiyalara təxminən 200 min nəfər qatılıb.
Londonda "Palestine Action" qrupuna dəstək aksiyasında 900-ə yaxın iştirakçı saxlanılıb
Böyük Britaniyada İsraillə işləyən şirkətlərə qarşı aksiyaları ilə tanınan və iyul ayında qadağan edilən “Palestine Action” qrupuna dəstək məqsədilə Londonda keçirilən etirazlarda kütləvi həbslər baş verib. “Defend Our Juries” təşkilatının çağırışı ilə yüzlərlə insan paytaxtın Parlament Meydanında toplaşaraq yerli vaxtla saat 13:00-da etiraza başlayıb. Aksiya iştirakçıları “Soyqırıma yox, Palestine Action-a dəstək verirəm” şüarları yazılmış pankartlar qaldırıblar. Polisin müdaxiləsi ilə etiraz aksiyası gərginləşib. London Polisi açıqlama verərək saxlanmaların əksəriyyətinin qadağan edilmiş qrupa dəstək göstərilməsi səbəbilə həyata keçirildiyini bildirib.
Vaşinqtonda minlərlə insan Milli Qvardiya qüvvələrinin şəhərdən çıxarılmasını tələb edib
ABŞ-ın paytaxtı Vaşinqtonda minlərlə insan küçələrdə aksiya keçirərək prezident Donald Trampdan Milli Qvardiya qüvvələrinin şəhərdən çıxarılmasını tələb edib. “Hamımız paytaxtıq” adı altında təşkil olunan yürüşdə qeydiyyatsız miqrantlar və fələstinlilərə dəstək verən iştirakçılar da yer alıblar. Etirazçılar Trampa qarşı şüarlar səsləndirib, “Tramp indi getməlidir”, “Paytaxtı azad edin” və “Diktaturaya qarşı çıxın” sözlərinin yazıldığı plakatlar qaldırıblar. Xatırladaq ki, Tramp ötən ay şəhərdə cinayətlərin artdığını əsas gətirərək qanun və asayişi bərpa etmək məqsədilə hərbçiləri küçələrə çıxardığını bəyan etmişdi. O, həmçinin Vaşinqton polis idarəsini birbaşa federal nəzarət altına almış və küçələrdə təhlükəsizliyi təmin etmək üçün Miqrasiya və Gömrük Xidməti də daxil olmaqla federal hüquq-mühafizə qurumlarının əməkdaşlarını şəhərə göndərmişdi.
Təl-Əvivdəki iğtişaşlarda iştirak edən şəxs saxlanılıb
Təl-Əvivdə Qəzza müharibəsinin davam etməsinə qarşı və girovların azad olunması tələbi ilə keçirilən etiraz aksiyasının iştirakçısı saxlanılıb. İsrail Polisinin verdiyi məlumata görə, onun üzərindən tüstü qumbarası götürülüb. Bundan əlavə, bir neçə nümayişçiyə avtomobil yolunu bağlayaraq hərəkətə mane olduqları üçün cərimə yazıldığı bildirilib. Polis bəyan edib ki, “əsas etiraz yerlərində ictimai asayişin pozulmasına yol verməmək üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərir”.
Serbiyada hökumətə dəstək məqsədilə aksiyalar keçirilib
Serbiyanın 50-dən çox şəhər və yaşayış məntəqəsində hökumətə dəstək məqsədilə aksiyalar keçirilib. Serbiya prezident Aleksandr Vuçiç çıxışında bildirib ki, keçirilən aksiyalar hökumət əleyhdarlarına qarşı yönəlməyib. Onun sözlərinə görə, məqsəd etirazların zorakı formalarının qarşısını almaqdır.
Londonda “Palestine Action” aksiyasında saxlanılanların sayı 300-ü keçib
London polisi Böyük Britaniyada qadağan olunmuş təşkilatlar siyahısına salınan Fələstin tərəfdarı "Palestine Action" hərəkatına dəstək aksiyasında 365 nəfəri saxlayıb. London polisinin verdiyi açıqlamaya görə, digər hüquq pozuntularına görə daha yeddi nəfər həbs edilib, onlardan beşi polis əməkdaşına hücum etməkdə ittiham olunur. Məlumata görə, ciddi xəsarət alan olmayıb.
İstanbulda İsrailə qarşı yürüş başlayıb
"Fələstinə Dəstək Platforması"na daxil olan vətəndaş cəmiyyəti təşkilatları, İsrailin Qəzza zolağında davam etdirdiyi hücumlara və blokadaya qarşı “Qəzzaya ümid ol” şüarı ilə İstanbulda yürüşə başlayıblar. İştirakçılar, əllərində fənərlər və məşəllərlə Ayasofya Məscidinə doğru irəliləyərkən, şəhərin müxtəlif yerlərindən gələn insanlar Qəzzaya dəstək şüarları səsləndiriblər. Yürüş boyu “Azad Fələstin” və “Qatil İsrail” şüarları eşidilib.
Ukraynada etiraz aksiyaları yenidən başlayıb
Ukraynada Prezident Volodimir Zelenskinin imzaladığı və Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) ilə Xüsusi Korrupsiya Prokurorluğunun (SAP) müstəqilliyini faktiki olaraq aradan qaldıran qanun səbəbilə etiraz aksiyaları yenidən başlayıb.
Kiyevdə etiraz aksiyası keçirilir
Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən imzalanan və Milli Antikorrupsiya Bürosu (NABU) ilə Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) müstəqilliyini faktiki olaraq ləğv edən qanuna qarşı Kiyevdə etiraz aksiyası keçirlir.
Tehranda İran Silahlı Qüvvələrinə dəstək aksiyası keçirilib
Aksiyada qadınlar və uşaqlar da daxil olmaqla çox sayda vətəndaş iştirak edib. Onlar ölkənin bayrağını, İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin və hücumlar zamanı ölənlərin şəkillərini, “Axıra qədər dayanacağıq”, “ABŞ sionist rejimin bütün cinayətlərində şərikdir”, “Məcburi sülhə yox, davamlı sülhə bəli” və “Ləbbeyk ya Xamenei” kimi şüarların yazıldığı lövhələri daşıyıblar.