11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Londonda “Palestine Action” aksiyasında saxlanılanların sayı 300-ü keçib

London polisi Böyük Britaniyada qadağan olunmuş təşkilatlar siyahısına salınan Fələstin tərəfdarı "Palestine Action" hərəkatına dəstək aksiyasında 365 nəfəri saxlayıb. London polisinin verdiyi açıqlamaya görə, digər hüquq pozuntularına görə daha yeddi nəfər həbs edilib, onlardan beşi polis əməkdaşına hücum etməkdə ittiham olunur. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

9 Avqust 2025 22:31
Londonda “Palestine Action” aksiyasında saxlanılanların sayı 300-ü keçib

BAKI, AzerVoice, Səməd Əyyubov

London polisi Böyük Britaniyada qadağan olunmuş təşkilatlar siyahısına salınan Fələstin tərəfdarı "Palestine Action" hərəkatına dəstək aksiyasında 365 nəfəri saxlayıb.

AzerVoice xəbər verir ki, London polisinin verdiyi açıqlamaya görə, digər hüquq pozuntularına görə daha yeddi nəfər həbs edilib, onlardan beşi polis əməkdaşına hücum etməkdə ittiham olunur. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

Ümumilikdə avqustun 9-da yüzlərlə insan indiyədək keçirilən ən böyük dəstək aksiyasına qatılıb. Oturaq etiraz aksiyası Vestminster sarayının qarşısındakı Parlament meydanında baş tutub. Hərəkatın fəalları artıq bir aydan çoxdur davam edən və təxminən 500 nəfərin saxlanılmasına səbəb olan etirazları davam etdirəcəklərini, bununla da Böyük Britaniyanın məhkəmə sistemini yükləyib hakimiyyəti qadağanı ləğv etməyə məcbur edəcəklərini bəyan ediblər.

Qeyd edək ki, "Palestine Action" hərəkatı iyulun 5-də Böyük Britaniyanın daxili işlər naziri İvet Kuperin təklifi ilə ölkədə qadağan olunmuş təşkilatlar siyahısına salınıb. Onun təşəbbüsü parlamentin hər iki palatası tərəfindən dəstəklənib. Bu təşkilata üzvlük, iclaslarında iştirak və fəaliyyətinə hər hansı formada dəstək cinayət hesab olunur və maksimum 14 il həbs cəzası ilə nəticələnə bilər.

İyunun 20-də "Palestine Action" fəalları İngiltərənin cənubundakı Oksfordşir qraflığında yerləşən Brayz-Norton aviabazasına daxil olaraq Britaniya Hərbi Hava Qüvvələrinə məxsus iki "Voyager" yanacaqdaşıyan təyyarəsini zədələyiblər. Hərəkat nümayəndələri bu addımı Londonun Qəzzada soyqırımda və Yaxın Şərqdəki hərbi cinayətlərdə iştirak etməsi ilə əsaslandırıblar. Onların sözlərinə görə, Böyük Britaniya hərbi yüklər göndərir, Qəzza zolağı üzərində kəşfiyyat təyyarələri uçurur və ABŞ və ya İsrail qırıcılarını yanacaqla təmin edir.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #Böyük Britaniya #London #aksiya #Qəzza hücumu #Qəzza münaqişəsi #Etiraz aksiyası #Qəzza müharibəsi #Qəzza blokadası #Fələstin dəstək aksiyaları

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
10 Sentyabr 21:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.