6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Kiyevdə etiraz aksiyası keçirilir

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən imzalanan və Milli Antikorrupsiya Bürosu (NABU) ilə Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) müstəqilliyini faktiki olaraq ləğv edən qanuna qarşı Kiyevdə etiraz aksiyası keçirlir.

23 İyul 2025 21:24
Kiyevdə etiraz aksiyası keçirilir

BAKI, AzerVoice

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən imzalanan və Milli Antikorrupsiya Bürosu (NABU) ilə Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) müstəqilliyini faktiki olaraq ləğv edən qanuna qarşı Kiyevdə etiraz aksiyası keçirlir.

AzerVoice xəbər verir ki, bu barədə UNIAN agentliyi məlumat yayıb.

Etirazçılar İvan Franko adına teatrın qarşısındakı meydanda toplaşıblar. Toplaşan insanlar “NABU və SAP-dan əlinizi çəkin!” şüarları səsləndirirlər.

Qeyd edək ki, dünən keçirilən aksiyada müxtəlif qiymətləndirmələrə görə 1000-2000 arası insan iştirak edib. Aksiyaya Kiyev meri Vitali Kliçko da qatılıb.

Bu cür etiraz aksiyaları ölkənin digər şəhərlərində də keçirilir. Bu şəhərlər arasında Dnepr, Jitomir, Krivoy Roq, Kropivnitski, Lvov, Nikolayev, Odessa, Rovno, Ternopol, Xarkov, Xmelnitski, Çerniqov və Çernovtsı da var.

Xatırladaq ki, ötən gün Ukrayna Ali Radası bu iki qurumun fəaliyyətini məhdudlaşdıran qanun layihəsini qəbul edib. Zelenski bu qanunu imzalayıb. Yeni qanuna əsasən, NABU və SAP artıq Baş Prokurorun qərarlarından asılı vəziyyətə düşür. Baş prokuror NABU-nun bütün istintaq işlərinə çıxış əldə edir, detektivlərə icrası məcburi göstərişlər verə və işlər üzrə istintaq səlahiyyətini dəyişə bilər.

NABU və SAP-a qarşı təzyiqlər bu qurumların bəzi əməkdaşlarına qarşı dövlətə xəyanət, Rusiya ilə əlaqələr və korrupsiya şübhələri ilə izah olunur.

"Financial Times" nəşrinin məlumatına görə, Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının rəhbəri Antoniu Koşta Zelenski ilə əlaqə saxlayaraq onu bu qanuna dair qərarını yenidən nəzərdən keçirməyə çağırıblar.

Məqalədə: #Rusiya #Fransa #Avropa Şurası #Ukrayna #Emmanuel Makron #Volodimir Zelenski #Kiyev #aksiya #korrupsiya #Etiraz aksiyası #Antonio Kosta #Qanun layihəsi #Ali Rada

Mövzu üzrə digər xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

5 Sentyabr 18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Digər Dövlətlər

Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?

5 Sentyabr 18:38
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.