10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Tehranda İran Silahlı Qüvvələrinə dəstək aksiyası keçirilib

Aksiyada qadınlar və uşaqlar da daxil olmaqla çox sayda vətəndaş iştirak edib. Onlar ölkənin bayrağını, İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin və hücumlar zamanı ölənlərin şəkillərini, “Axıra qədər dayanacağıq”, “ABŞ sionist rejimin bütün cinayətlərində şərikdir”, “Məcburi sülhə yox, davamlı sülhə bəli” və “Ləbbeyk ya Xamenei” kimi şüarların yazıldığı lövhələri daşıyıblar.

24 İyun 2025 21:08
Tehranda İran Silahlı Qüvvələrinə dəstək aksiyası keçirilib

BAKI, AzerVoice

Tehranda İsraillə müharibədə İran Silahlı Qüvvələrinə dəstək məqsədilə aksiya keçirilib.

AzerVoice İran KİV-ə istinadən xəbər verir ki, aksiya Tehranın İnqilab meydanında çoxsaylı insanın iştirakı ilə keçirilib.

Aksiya zamanı, ölkə ərazisinə edilən hücumlara qarşı mübarizə aparan silahlı qüvvələrin səyləri alqışlanıb və iştirakçılar İsrailin istənilən hücumuna qarşı ayıq-sayıqlığın vacibliyini vurğulayıblar.

Aksiyada qadınlar və uşaqlar da daxil olmaqla çox sayda vətəndaş iştirak edib. Onlar ölkənin bayrağını, İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin və hücumlar zamanı ölənlərin şəkillərini, “Axıra qədər dayanacağıq”, “ABŞ sionist rejimin bütün cinayətlərində şərikdir”, “Məcburi sülhə yox, davamlı sülhə bəli” və “Ləbbeyk ya Xamenei” kimi şüarların yazıldığı lövhələri daşıyıblar.

İştirakçılar həmçinin “Nə təslim, nə barış, ABŞ-la mübarizə”, “Amerikaya ölüm” və “Uşaq qatilinə ölüm – İsrailə ölüm” kimi şüarlarla silahlı qüvvələrə dəstəyini ifadə edib, Əli Xameneinin arxasında milli həmrəyliyi bir daha bəyan ediblər.

Aksiya iştirakçıları həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), İran İslam Respublikası Ordusu, Bəsic qüvvələri və polis qüvvələrinə təşəkkür şüarları da səsləndiriblər.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən, İsrail və İran tam atəşkəsə razılıq veriblər. İsrail hakimiyyəti ABŞ-ın təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bəyan edib.

Məqalədə: #İsrail #İran #ABŞ #Tehran #Ayətulla Seyid Əli Xamenei #SEPAH #aksiya #İsrail-İran münaqişəsi #İran Silahlı Qüvvələri

Mövzu üzrə digər xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02

Son Xəbərlər

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.