10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda İKT Karyera Sərgisi keçirilib

29 noyabrda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbə və məzunları, həmçinin İRİA-nın təhsil layihələrinin məzunları üçün “İKT Karyera Sərgisi” keçirilib.

29 Noyabr 2025 19:46
Bakıda İKT Karyera Sərgisi keçirilib

BAKI, AzerVoice, Orxan Qədirzadə

29 noyabrda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbə və məzunları, həmçinin İRİA-nın təhsil layihələrinin məzunları üçün “İKT Karyera Sərgisi” keçirilib.

AzerVoice xəbər verir ki, sərgidə 900-dən çox gənc iştirak edərək ölkənin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 20 aparıcı dövlət və özəl qurumunun nümayəndələri ilə görüş imkanı əldə ediblər.

Sərginin açılış mərasimində çıxış edən İRİA-nın İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov sözügedən layihənin əhəmiyyəti, onun ölkənin İKT sektoruna verəcəyi töhfələrdən bəhs edib. O, həmçinin gənc istedadların kəşfi və onların əmək bazarına inteqrasiyasında Agentliyin təşkil etdiyi təhsil layihələrinin rolunu vurğulayıb. Daha sonra Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Hasil Abbasov və “Bayraktar Teknoloji Azərbaycan”ın Baş texnologiya direktoru Onur Ocak çıxış edərək sərginin gənclərin peşəkar inkişafı üçün təqdim etdiyi imkanlar barədə fikirlərini bölüşüblər.

Tədbir qurumların nümayəndələrinin iştirakı ilə “Rəqəmsal Azərbaycan: Gənclərin rəqəmsal transformasiyada rolu” mövzusunda panel müzakirəsi ilə davam edib. Müzakirələr zamanı ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi, gənclərin bu prosesdə iştirak imkanları və onların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi kimi mövzulara toxunulub.

Panel müzakirəsindən sonra iştirakçı gənclər şirkət stendlərini ziyarət edərək karyera imkanları barədə məlumat alıblar, fərdi sınaq müsahibələri və karyera məsləhətləri sessiyalarından yararlanıblar.
Tədbirin davamında “Talk session” görüşləri və “TechQuiz” təşkil olunub.

Tədbir şirkətlərə təşəkkürnamələrin təqdim olunması ilə yekunlaşıb.

Qeyd edək ki, sözügedən layihənin həyata keçirilməsində əsas məqsəd informasiya-kommunikasiya texnologiyaları sahəsində təhsil alan tələbə və məzunları ölkənin aparıcı İT şirkətləri ilə bir araya gətirərək, onların peşəkar inkişafına, təcrübə və məşğulluq imkanlarının genişlənməsinə dəstək göstərmək olub. Sərgi həmçinin şirkətlərə istedadlı gəncləri tanımaq və gələcək əməkdaşlıqlar üçün yeni tərəfdaşlıqlar qurmaq imkanı yaradıb.

Bakıda İKT Karyera Sərgisi keçirilib Bakıda İKT Karyera Sərgisi keçirilib Bakıda İKT Karyera Sərgisi keçirilib Bakıda İKT Karyera Sərgisi keçirilib
Məqalədə: #Dövlət Məşğulluq Agentliyi #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) #Hasil Abbasov #İKT Karyera Sərgisi #İRİA-nın təhsil layihələri #İRİA-nın İdarə Heyəti #Rəşad Xalıqov #Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti #Bayraktar Teknoloji Azərbaycan #Onur Ocak #Rəqəmsal Azərbaycan: Gənclərin rəqəmsal transformasiyada rolu

Mövzu üzrə digər xəbərlər

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33

Son Xəbərlər

Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
18:45
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
18:40
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
18:36
İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir
İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir
18:26
İordaniya Livana 13-cü humanitar yardım karvanını göndərib
İordaniya Livana 13-cü humanitar yardım karvanını göndərib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.