4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda neokolonializm və qlobal bərabərsizlik müzakirə olunacaq

Paytaxtımız Bakı şəhəri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransa ev sahibliyi edir.

18 Fevral 2026 11:08
Baku
Bakıda neokolonializm və qlobal bərabərsizlik müzakirə olunacaq

BAKI, AzerVoice

Paytaxtımız Bakı şəhəri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransa ev sahibliyi edəcək
Konfransda ilk dəfə olaraq müstəmləkə ərazilərinin yerli əhalisi ilə birbaşa yerində işləyən antropoloqlar və psixoterapevtlər, müstəmləkəçiliyə həsr edilmiş Virtual

AzerVoice Bakı Təşəbbüs Qrupuna istinadən xəbər verir ki,Muzeyin yaradılmasında iştirak etmiş ekspertlər, eləcə də həmin ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbər şəxsləri, həmçinin neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar iştirak edəcəklər.

Tədbir çərçivəsində müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəyə məruz qalmış xalqların travmatik və sosial təcrübələri, müstəmləkə güclərinin qanunsuz fəaliyyətindən qaynaqlanan struktur problemlər və davam edən bərabərsizlik hallarının birbaşa öyrənilməsi, eləcə də bu təcrübələrin sənədləşdirilməsi, təhlili və beynəlxalq müstəviyə çıxarılması üçün məlumatlara əlçatanlığın təmin olunması məsələləri ətrafında müzakirələr aparılacaq. Eyni zamanda, fərdi həyat hekayələrinin sənədləşdirilməsi və bu tipli materialların beynəlxalq platformalarda yayılması, xüsusilə kolonializmin əsarət altında yaşayan xalqlarda yaratdığı travmatik təsirlər və psixoloji nəticələrinin elmi tədqiqat obyekti kimi nəzərdən keçirilməsi məsələləri gündəmə gətiriləcək. Müzakirələrdə həmçinin rəqəmsal və elmi platformaların beynəlxalq təşkilatların müvafiq virtual sistemləri ilə inteqrasiyası, müstəmləkəçiliyi tədqiq edən beynəlxalq araşdırma qrupları, ekspertlər və məhkəmə materialları üçün əlçatanlığın təmin olunması məsələləri diqqət mərkəzində olacaq.
Konfrans tarixi baxımdan əhəmiyyətlidir: İlk dəfə olaraq antropoloqlar və psixoterapevtlər müstəmləkə əsarətindən təsirlənən yerli əhali ilə birbaşa işləyərək fərdi və qrup müsahibələr aparmış, travmatik təcrübələri qiymətləndirmiş, həyat hekayələrini sənədləşdirmiş, həmçinin sosial, mədəni və psixoloji təsirləri sistemli şəkildə qeydə almışlar. Toplanmış məlumatların və sənədlərin rəqəmsal platformalar vasitəsilə təqdim edilməsi akademik və ictimai diqqətin artırılmasına xidmət etməklə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələndirilməsinə şərait yaradır. Xüsusilə bu məlumatlar BMT və onun strukturları — C-24 Komitəsi, İnsan Hüquqları Şurası və bu kimi qurumlarla sinxronlaşdırılaraq, müstəmləkə ərazilərində baş verən qanunsuzluqların, resursların qeyri-bərabər bölüşdürülməsinin və müstəmləkə ərazilərində yaşayan xalqların hüquqlarının pozulmasının beynəlxalq səviyyədə diqqət mərkəzində saxlanmasına xidmət edəcək. Toplanmış materiallar beynəlxalq təşkilatlarla əməkdaşlıq edən məruzəçilər, ekspertlər və məhkəmələr tərəfindən istinad edilə biləcək etibarlı və şəffaf informasiya mənbəyi rolunu oynayır.

Məqalədə: #Bakı Təşəbbüs Qrupu

Mövzu üzrə digər xəbərlər

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
Siyasət

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

2 Sentyabr 13:34
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
Siyasət

Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20 Avqust 11:20
Media dekolonizasiya prosesinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır - Abbas Abbasov
Siyasət

Media dekolonizasiya prosesinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır - Abbas Abbasov

11 İyul 09:53
Vaşinqtonda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilir
Cəmiyyət

Vaşinqtonda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilir

24 İyun 20:37

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.