6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Konfransda ekspertlər, tədqiqatçılar, hüquq müdafiəçiləri və s. iştirak edəcək

20 Avqust 2026 11:20
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

BAKI,VOA

Avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda "Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

BTQ-dən verilən məlumata görə, tədbirdə Belçikanın keçmiş müstəmləkələri olan və hələ də bu ölkələrdə neo-kolonial təsirlərini saxladığı Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundidən, eləcə də Mərakeş və Cənubi Afrika Respublikasından, həmçinin BMT-dən rəsmi şəxslər iştirak edəcək.

Qonaqlar arasında Konqo Demokratik Respublikasının (KDR) Ombudsmanı, Konqo Parlamentinin deputatları, Ruandanın Türkiyədəki səfiri və diplomatları, BMT ekspertləri də vardır.

Konfransda həmçinin beynəlxalq hüquq, tarixi ədalətin bərpası və reparasiya məsələləri üzrə ekspertlər, tədqiqatçılar, hüquq müdafiəçiləri və s. İştirak edəcək.

Konfrans iştirakçıları Belçikanın Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi xalqına qarşı müstəmləkəçilik dövründə törətdiyi cinayətlərə görə rəsmi üzr istənilməsi və təzminat ödənməsi məsələsinin BMT, o cümlədən İnsan Hüquqları Şurasının gündəliyində irəlilədilməsi, BMT Baş Assambleyasının 60/147 saylı Qətnaməsində təsbit olunan prinsiplərə uyğun olaraq Belçikanın reparasiya və restitusiya öhdəliklərinin icrasına nəzarət edəcək beynəlxalq məcburedici mexanizmin işlənib hazırlanmasını müzakirə edəcəklər.

Tədbirdə həmçinin, Belçikanın müstəmləkə arxivlərinə tam və maneəsiz çıxışın təmin edilməsi, keçmiş müstəmləkə ərazilərindən olan mütəxəssislərin beynəlxalq ekspertlərlə bərabər proseslərə cəlb olunması, insan qalıqları və digər tarixi materialların mənşə ölkələrinə qaytarılması məsələləri diqqət mərkəzində olacaq.

BMT Baş Assambleyasının 60/147 saylı Qətnaməsi qurbanların hüquqi müdafiə və reparasiya hüququnu sistemləşdirir. Qətnamədə reparasiyanın restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya (mənəvi tanınma və rəsmi üzr) və təkrar pozuntuların qarşısının alınması təminatları kimi formaları nəzərdə tutulur. Belçika bu öhdəliklərin heç birini hələ də yerinə yetirməyib. Belçika müstəmləkəçilik dövründə KDR, Ruanda və Burundidə törədilən cinayətlərə görə rəsmi dövlət səviyyəsində üzr istəməyib, rəsmilər yalnız hüquqi öhdəlik yaratmayan "dərin təəssüf" ifadəsi ilə kifayətlənib.

Mədəni irsə aid 84 000 artefakt inventarlaşdırılsa da, faktiki repatriasiya prosesi onilliklərdir ki Belçika tərəfindən yubadılır. İnventar məlumatları ictimaiyyətdən gizli saxlanılır, ikitərəfli restitusiya sazişləri isə hələ də imzalanmayıb. Konqo, Ruanda və Burundi mütəxəssisləri Belçikanın müstəmləkə dövrü arxivlərinə və sənədlərinə hələ tam çıxış əldə edə bilməyib. Ekspertlər yaranmış vəziyyəti Belçikanın öz tarixi məsuliyyətini şəffaf araşdırmaqdan boyun qaçırması kimi dəyərləndirir.

باكو تستضيف مؤتمراً دولياً حول الاستعمار البلجيكي

تستضيف العاصمة الأذربيجانية باكو في 21 أغسطس مؤتمراً دولياً تحت عنوان "المظالم الاستعمارية لبلجيكا و101 عام من النضال من أجل التعويضات"، وذلك بتنظيم من "مجموعة مبادرة باكو".

ووفقاً لبيان صادر عن المجموعة، سيشهد المؤتمر مشاركة مسؤولين من المستعمرات البلجيكية السابقة التي ما زالت تعاني من التأثيرات الاستعمارية الجديدة، وهي جمهورية الكونغو الديمقراطية، ورواندا، وبوروندي، فضلاً عن ممثلين من المغرب، وجمهورية جنوب إفريقيا، وهيئة الأمم المتحدة.

ويضم الوفد المشارك ديوان المظالم في جمهورية الكونغو الديمقراطية، وبرلمانيين كونغوليين، وسفير رواندا لدى تركيا ودبلوماسيين، إلى جانب خبراء من الأمم المتحدة، وباحثين، وحقوقيين، ومختصين في القانون الدولي واستعادة العدالة التاريخية والتعويضات.

وسيناقش المشاركون مسألة تقديم بلجيكا اعتذاراً رسمياً ودفع تعويضات عن الجرائم المرتكبة خلال الحقبة الاستعمارية ضد شعوب الكونغو الديمقراطية ورواندا وبوروندي، وإدراج هذا الملف ضمن جدول أعمال الأمم المتحدة ومجلس حقوق الإنسان. كما سيتم بحث تطوير آلية دولية ملزمة لمراقبة تنفيذ التزامات بلجيكا بالتعويض وإعادة الحقوق وفقاً لقرار الجمعية العامة للأمم المتحدة رقم 60/147.

وسيسلط المؤتمر الضوء أيضاً على ضرورة ضمان الوصول الكامل وغير المقيد إلى الأرشيف الاستعماري البلجيكي، وإشراك خبراء الدول المتضررة في هذه المساعي، فضلاً عن إعادة الرفات البشرية والقطع الأثرية والتاريخية إلى بلدانها الأصلية.

ورغم أن قرار الأمم المتحدة 60/147 يحدد أشكال التعويض مثل الرد المادي والتعويض المالي وإعادة التأهيل والاعتذار الرسمي، إلا أن بلجيكا لم تفِ بهذه الالتزامات؛ إذ تكتفي بتصريحات التعبير عن "الأسف الشديد" غير الملزمة قانونياً دون تقديم اعتذار رسمي على مستوى الدولة.

وبالرغم من حصر 84 ألف قطعة أثرية تعود للتراث الثقافي لهذه الشعوب، فإن عملية إعادتها لا تزال معطلة من قبل بلجيكا لعقود، مع إبقاء سجلات الجرد سرية وعدم توقيع اتفاقيات ثنائية للاسترداد. ويرى الخبراء في هذا النهج محاولة بلجيكية للتهرب من المساءلة والتحقيق الشفاف في مسؤوليتها التاريخية.

Məqalədə: #Azərbaycan #Bakı #BMT #Belçika #Bakı Təşəbbüs Qrupu #BTQ #باكو #الاستعمار البلجيكي #العاصمة الأذربيجانية باكو #مجموعة مبادرة باكو #جرائم الاستعمار #جمهورية الكونغو الديمقراطية #101 عام من النضال.. مؤتمر دولي في باكو يطالب بلجيكا باعتذار رسمي وتعويضات للدول الإفريقية #العدالة التاريخية والتعويضات الدولية #حقوق ضحايا الحقبة الاستعمارية

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.