11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

Geri çəkilməyəcəyəm, dayanmayacağam və bütün Qəzza sakinlərini sözdə könüllü şəkildə deportasiya edəcək 'Ayrılma 710' planını təşviq etməyi davam etdirəcəyəm

6 Sentyabr 2026 08:08
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qüdsdəki islam müqəddəsliklərinə, xüsusən də ötən avqust ayında Əl-Əqsa məscidinə qarşı artan pozuntularla paralel olaraq Qəzza zolağının sakinlərinin deportasiyası planını irəli aparmaqda davam edəcəyini bildirib.

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb Bunu da oxuyun İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

Ben-Qvir "X" sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda: "Geri çəkilməyəcəyəm, dayanmayacağam və bütün Qəzza sakinlərini sözdə könüllü şəkildə deportasiya edəcək 'Ayrılma 710' planını təşviq etməyi davam etdirəcəyəm".-deyib.

İki gün öncə bəhs etdiyi və 7 il ərzində Qəzza zolağından təxminən 1,86 milyon fələstinlinin köçürülməsinə əsaslanan etnik təmizləmə layihəsindən əl çəkməyəcəyini vurğulayan Ben-Qvirin təqdim etdiyi plana görə, ilk il ərzində Qəzzadan 250 min fələstinlinin çıxarılması, 3 il ərzində bu rəqəmin 1,11 milyona, 7 il ərzində isə 1,86 milyona çatdırılması hədəflənir.

İsrailli nazir Ben Qvir Qəzzada hər gecə 30–40 nəfərin məhv edilməsinə çağırıb Bunu da oxuyun İsrailli nazir Ben Qvir Qəzzada hər gecə 30–40 nəfərin məhv edilməsinə çağırıb

Həmin paylaşımında Ben-Qvir: "Məbəd dağında (Əl-Əqsa məscidi) suverenliyi gücləndirməyə, həbsxanalardakı məhbusların (fələstinli əsirlərin) saxlanma şəraitini sərtləşdirməyə və ölüm hökmü qanununu icra etməyə çalışıram".-deyə əlavə edib.

Bundan bir neçə gün əvvəl Fələstin Vəqflər və Dini İşlər Nazirliyi yaydığı bəyanatda İsrail hakimiyyət orqanları və məskunlaşanların ötən avqust ayında islam müqəddəsliklərinə qarşı pozuntuları artırdığını, Əl-Əqsa məscidinə 26 basqın qeydə alındığını açıqlamışdı.

Britaniyanın tənqid edilməsi

Digər tərəfdən, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi şənbə günü Böyük Britaniyanın xarici işlər naziri Ed Milibəndin Qəzza zolağındakı humanitar böhranı tənqid etməsinə cavab olaraq Britaniyanı antisemitizmdə ittiham edib.

Prezident Donald Trampın Böyük Britaniya da daxil olmaqla bəzi müttəfiq ölkələrə vaxtaşırı yönəltdiyi tənqidlərdən asılı olmayaraq, bu bəyanat amerikalı bir rəsminin ən yaxın müttəfiq sayılan Londona qarşı qeyri-adi dərəcədə sərt ton nümayiş etdirməsini əks etdirir.

Amerikalı səfirin reaksiyası Milibəndin videomüraciət yaymasından sonra gəlib. Britaniyalı nazir həmin çıxışında 2023-cü ilin oktyabr hücumundan sonra başlayan İsrail-HƏMAS müharibəsi səbəbilə fəlakət həddinə çatan və mühasirədə qalan fələstinli anklavındakı acınacaqlı durum qarşısında Londonun hərəkətə keçməsinin vacibliyini vurğulamışdı.

Məqalədə: #Əl-Əqsa #Məscidül-Əqsa #İtamar Ben-Qvirin #Amiram Ben-Uliel #İsrailin Məscidül-Əqsaya məhdudiyyətləri #Məscidül-Əqsaya basqın #Ben Qurion hava limanı #Job Ben Soloman #Job Ben Solomon Kimdir? #Job Ben Solomon #İtamar Ben-Qvir #İtamar Ben-Qvir Kimdir? #David Ben-Qurion #Türkiyənin Ben Qvir barədə həbs qərarı

Mövzu üzrə digər xəbərlər

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10 Sentyabr 10:02
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

9 Sentyabr 10:14
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin

Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb

8 Sentyabr 18:31

Son Xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
09:53
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.