8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzadan təxminən 2 milyon fələstinlinin çıxarılmasını nəzərdə tutan yeddiillik plan təqdim edib. Plan çərçivəsində xüsusi nazirliyin yaradılması və köçürülən şəxslərə maliyyə dəstəyi göstərilməsi təklif olunur.

4 Sentyabr 2026 20:19
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında yaşayan təxminən 2 milyon fələstinlinin yeddi il ərzində köçürülməsini nəzərdə tutan plan təqdim edib. Plan fələstinlilərin “könüllü köçü” adı altında ərazidən çıxarılmasını və bunun üçün xüsusi dövlət mexanizminin yaradılmasını nəzərdə tutur.

ArabAZ xəbər verir ki, İsrailin “Kanal 14” telekanalının məlumatına görə, Ben-Qvirin rəhbərlik etdiyi “Yəhudi Gücü” partiyası “Ayrılma 710” adlandırılan plan hazırlayıb. Sənəddə ilk il ərzində 250 min, üç il ərzində 1,1 milyon, yeddi il ərzində isə təxminən 1,9 milyon Qəzza sakininin köçürülməsi hədəflənir.

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu? Bunu da oxuyun Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

Planın əsas hissələrindən biri ayrıca “Köç Nazirliyi”nin yaradılmasıdır. Bu qurumun ayrıca büdcəsi, naziri və beynəlxalq danışıqlar aparacaq strukturu nəzərdə tutulur.

“Yəhudi Gücü” partiyası gələcək hökumətdə iştirak üçün bu nazirliyin yaradılmasını əsas və dəyişməz tələblərindən biri kimi təqdim edib.

Məlumata görə, ilkin hazırlıq mərhələsində mümkün istiqamətlər sırasında Türkiyə, Efiopiya, Konqo Demokratik Respublikası və bəzi ərəb ölkələrinin adları nəzərdən keçirilib.

Plan çərçivəsində köçürüləcək şəxslər üçün səfər, yaşayış yeri və peşə hazırlığı xərclərini əhatə edən dəstək paketlərinin hazırlanması nəzərdə tutulur. Bu yardımların iki ilədək müddət üçün İsrail dövləti və beynəlxalq tərəfdaşlar tərəfindən maliyyələşdirilməsi təklif olunur.

Fələstin tərəfi və bir sıra beynəlxalq qurumlar bu cür təşəbbüsləri məcburi köçürülmə təhlükəsi kimi qiymətləndirir. Beynəlxalq humanitar hüquqa əsasən, işğal olunmuş ərazilərdə mülki əhalinin zorla köçürülməsi qadağandır.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #Yaxın Şərq #İsrail siyasəti #İtamar Ben-Qvir #Fələstinlilərin köçürülməsi

Mövzu üzrə digər xəbərlər

İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya

İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib

10:28
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38

Son Xəbərlər

İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.