12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

İsrailli nazir Ben Qvir Qəzzada hər gecə 30–40 nəfərin məhv edilməsinə çağırıb

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında hər gecə 30–40 nəfərin hədəfli şəkildə məhv edilməsinə çağırış edib. Ben-Qvir bu açıqlamanı vaxtilə Qəzzada saxlanılmış keçmiş girov Rom Braslavskinin təqdim etdiyi podkastda səsləndirib. İsrailin 7 oktyabr 2023-cü il hücumundan sonrakı vəziyyətini müzakirə edərkən nazir son vaxtlar Qəzzaya endirilən zərbələrin intensivliyinin azalmasını tənqid edib.

17 Avqust 2026 12:04
İsrailli nazir Ben Qvir Qəzzada hər gecə 30–40 nəfərin məhv edilməsinə çağırıb

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında hər gecə 30–40 nəfərin hədəfli şəkildə məhv edilməsinə çağırış edib. Ben-Qvir bu açıqlamanı vaxtilə Qəzzada saxlanılmış keçmiş girov Rom Braslavskinin təqdim etdiyi podkastda səsləndirib. İsrailin 7 oktyabr 2023-cü il hücumundan sonrakı vəziyyətini müzakirə edərkən nazir son vaxtlar Qəzzaya endirilən zərbələrin intensivliyinin azalmasını tənqid edib.

Radikal dindar Ben-Qvir Məscidül-Əqsaya daxil olaraq özünü məscidin sahibi adlandırıb Bunu da oxuyun Radikal dindar Ben-Qvir Məscidül-Əqsaya daxil olaraq özünü məscidin sahibi adlandırıb


Ben-Qvir: İsrail Trampa da “yox” deyə bilər, Livan atəşkəsi qəbul edilməməlidir

"Baş nazir Benyamin Netanyahu ilə razılaşmadığım heç kimə sirr deyil. Mən hesab edirəm ki, Qəzzada hədəfli məhvetmə əməliyyatları aparılmalı və hər gecə 30–40 nəfər aradan qaldırılmalıdır. Təkcə dərhal təhlükə yaradanlar deyil, orada yaşamağa layiq olmayan insanlar var. Onlar yaşamamalıdırlar, onlar heç insan da deyillər".- deyə o bildirib.

İsrailin milli təhlükəsizlik naziri Qüdsdə 300 min yəhudinin silahlanmasına icazə verib

Ben-Qvir həmçinin fələstinlilərin Qəzzadan kütləvi şəkildə köçürülməsinə və zolaqda yəhudi məskunlaşmasının yenidən bərpa olunmasına çağırıb, beynəlxalq hüquq ekspertləri isə bu addımın "etnik təmizləmə" səviyyəsinə çata biləcəyini qeyd edirlər.

Noar HaGva'ot-dan Nitsax Yehuda-ya: İsraildə dini radikalizmin anatomiyası Bunu da oxuyun Noar HaGva'ot-dan Nitsax Yehuda-ya: İsraildə dini radikalizmin anatomiyası

İsrail 20 il əvvəl Qəzza zolağından geri çəkilmiş, "Quş Katif" kimi tanınan 21 yəhudi qəsəbəsini ləğv etmiş və qoşunlarını ərazidən çıxarmışdı.

"Mən bütün Qəzzanı bizimki kimi görürəm", – deyən Ben-Qvir təkcə "Quş Katif"də deyil, bütün Qəzza ərazisində məskunlaşma yerlərinin salınmasına və mümkün qədər çox fələstinlinin köçürülməsinə çağırıb. O əlavə edib ki, terrorçu hesab etdikləri şəxslər köçürülməməli, "bir-bir öldürülməlidir".

  • İtamar Ben-Qvir Kimdir?
    İsrailli siyasətçi və vəkil İtamar Ben-Qvir (ivritcə: אִיתָמָר בֶּן גְּבִיר [itaˈmaʁ benˈgviʁ] 6 may 1976-cı ildə doğulub. O, 2022-ci ildən (2025-ci ilin əvvəlində iki aylıq fasilə istisna olmaqla) İsrailin Milli Təhlükəsizlik Naziri vəzifəsində çalışır. Ben-Qvir Otzma Yehudit (“Yəhudi Gücü”) adlı israilli ifrat sağçı, kahanist və anti-ərəb partiyasının lideridir. Partiya 2022-ci il qanunverici seçkilərində 6 mandat qazanmış və İsrail tarixində ən sağçı hökumət hesab edilən koalisiyanın tərkibinə daxil olmuşdur.

Ben-Qvir və digər israilli rəsmilərin oxşar açıqlamaları daha əvvəl geniş beynəlxalq qınağa səbəb olub və onlardan bəziləri BMT-nin Beynəlxalq Məhkəməsində "soyqırımı törətmək niyyəti"nin sübutu kimi təqdim edilib. İsrail isə Qəzzada soyqırımı törətməsi iddialarını rədd edir.

Ben-Qvirin son bəyanatları İsrail mediasında geniş yer almayıb; bu isə 27 oktyabrda keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində vaxtilə kənar hesab edilən ifrat baxışların cəmiyyətdə artan mövcudluğunun göstəricisi kimi qiymətləndirilir.

"Associated Press" agentliyinin hesabatına görə, Ben-Qvirin İsrail ordusu üzərində birbaşa səlahiyyəti yoxdur və Qəzzaya zərbələr endirmək barədə əmr verə bilməz. Lakin ifrat sağçı dairələrdə keçirdiyi onilliklərdən sonra o, bu gün ölkənin ən nüfuzlu simalarından birinə çevrilib.

Ben-Qvir İsrailin təhlükəsizlik strukturlarının mühüm hissələrinə, o cümlədən polisə və Qəzza ilə İordan çayının qərb sahilindən olan minlərlə fələstinlinin saxlanıldığı həbsxana sisteminə nəzarət edir.

O, əvvəllər fələstinli məhbuslara verilən qida payının azaldılması ilə açıq şəkildə öyünmüşdü. İsrail Ali Məhkəməsi 2025-ci ildə çıxardığı qərarda Ben-Qvirin nəzarəti altındakı Həbsxanalar Xidmətinin fələstinli məhbusları yaşayış üçün minimum zəruri qidadan məhrum etdiyini təsdiqləmişdi.

Yaxın vaxtlara qədər İsrail Qəzzaya demək olar ki, hər gün zərbələr endirirdi; Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, ötən ilin oktyabrında atəşkəs razılaşması qüvvəyə mindikdən bəri bu zərbələr nəticəsində 1250-dən çox insan həlak olub.

Ötən həftə İsrail mediası zərbələrin endirilməsi səlahiyyətinin yalnız Baş Qərargah rəisinə verildiyini bildirmiş, bu isə Ben-Qvir də daxil olmaqla ifrat sağçı deputatların qəzəbinə səbəb olmuşdu.

Ben Qvir 1 200-dən çox yəhudi ilə birlikdə Əl-Əqsa məscidinə basqın edib Bunu da oxuyun Ben Qvir 1 200-dən çox yəhudi ilə birlikdə Əl-Əqsa məscidinə basqın edib

ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü ən son plana əsasən, İsrail qüvvələrinin hücumları dayandırması və Qəzzadan geri çəkilməyə başlaması müqabilində HƏMAS tədricən silahlarını təhvil verməlidir.

HƏMAS planla razılaşıb, lakin ağır silahların təhvil verilməsini Fələstin dövlətinin qurulması ilə şərtləndirib; hazırkı İsrail hökuməti və ölkənin siyasi elitasının böyük əksəriyyəti isə bu şərti qətiyyətlə rədd edir.

Məqalədə: #Benyamin Netanyahu #Qəzza zolağı #Ben Qvir #İtamar Ben-Qvirin #İtamar Ben Qvir #Benyamin Netanyahunun Şabak qərarı #Benyamin Netanyahu HƏMAS siyasəti #Benyamin Netanyahu siyasəti #İtamar Ben-Qvir Kimdir? #Şoşana Ben-Qvir #Quş Katif

Mövzu üzrə digər xəbərlər

BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
Fələstin

BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb

18:16
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

11 Sentyabr 17:50
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10 Sentyabr 10:02
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

9 Sentyabr 20:02

Son Xəbərlər

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
18:31
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
18:28
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
18:27
İsrail Livanın cənubuna yeni zərbələr endirib
İsrail Livanın cənubuna yeni zərbələr endirib
18:22
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
18:16
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.