6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Radikal dindar Ben-Qvir Məscidül-Əqsaya daxil olaraq özünü məscidin sahibi adlandırıb

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bazar günü səhər saatlarında bir qrup yəhudi köçkünün müşayiəti və İsrail polisinin ciddi mühafizəsi altında Məscidül-Əqsa kompleksinə daxil olub. Bu addım regionda dini gərginliyi artıran növbəti təxribat kimi qiymətləndirilir.

12 Aprel 2026 17:28
Radikal dindar Ben-Qvir Məscidül-Əqsaya daxil olaraq özünü məscidin sahibi adlandırıb

BAKI,VOA

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bazar günü səhər saatlarında bir qrup yəhudi köçkünün müşayiəti və İsrail polisinin ciddi mühafizəsi altında Məscidül-Əqsa kompleksinə daxil olub. Bu addım regionda dini gərginliyi artıran növbəti təxribat kimi qiymətləndirilir.

Fələstinin rəsmi "VAFA" xəbər agentliyinin məlumatına görə, köçkünlər Məscidül-Əqsanın həyətində talmud duaları oxuyublar. Bu hərəkət kompleksdə yeni dini reallıq yaratmaq və "zaman və məkan bölgüsü"nü (müsəlman və yəhudilər arasında bölmək cəhdi) rəsmiləşdirmək istiqamətində atılan addım kimi səciyyələndirilib.

Qüds valiliyi bəyanat yayaraq bildirib ki, bu hadisə işğal altındakı Qüdsdə İslam və xristian müqəddəs yerlərinə qarşı artan pozuntuların və ibadət edənlərin girişinə tətbiq edilən məhdudiyyətlərin bir hissəsidir.

Ben-Qvirdən Netanyahuna təzyiq

Ben-Qvir hadisə yerində çəkilmiş və ofisi tərəfindən yayımlanan video müraciətində kəskin ifadələr işlədib:

"Bu gün burada özümü məkanın sahibi kimi hiss edirəm. Hələ görüləcək çox iş, təkmilləşdiriləcək çox məqam var. Daha çox iş görülməsi üçün Baş nazir Benyamin Netanyahuya təzyiq göstərməyə davam edirəm, addım-addım irəliləməliyik."

Beynəlxalq reaksiya: İordaniyadan sərt qınaq

İordaniya Xarici İşlər Nazirliyi Ben-Qvirin bu addımını pisləyən bəyanat yayıb. Bəyanatda bu ziyarət "Qüds-i Şərifdəki mövcud tarixi və hüquqi statusun kobud şəkildə pozulması, müqəddəsliyin təhqir edilməsi və qəbuledilməz təxribat" adlandırılıb.

Nazirin mətbuat katibi bildirib ki, Ben-Qvir yəhudi ziyarətçilər üçün giriş icazələrinin artırılmasına və məkanda duaların təşkilinə çalışır. O, həmçinin nazirin ərazidə dua etdiyini təsdiqləyib.

Hələlik Netanyahunun ofisindən məsələ ilə bağlı şərh verilməyib. Keçmişdə Ben-Qvirin oxşar addımları Netanyahunu "status-kvonun dəyişməz qaldığını" təsdiqləyən bəyanatlar verməyə məcbur etmişdi.

Məqalədə: #Səmavi dinlərdə QÜDS #QÜDS #Məscidül-Əqsa #Amiram Ben-Uliel #Məscidül-Həram #Ben Qurion hava limanı #İsrailin ultra-dindar icmasında doğum göstəriciləri #5. Dindarlıq mədəniyyətsiz ola bilərmi? #Dindarlıq mədəniyyətsiz olanda təhlükəyə çevrilir #Ben Gvir’den Kudüs’te silahlanma kararı #Ben-Qvir #İsrail naziri İtamar Ben-Qvirin Məscidül-Əqsaya təxribatçı ziyarəti 2026

Mövzu üzrə digər xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

08:08
Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib
Fələstin

Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

1 Sentyabr 19:20
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub
Digər Dövlətlər

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

31 Avqust 20:16
İsrail qüvvələri İordan çayının qərb sahilində fələstinlilərin hərəkətini məhdudlaşdırıb
Digər Dövlətlər

İsrail qüvvələri İordan çayının qərb sahilində fələstinlilərin hərəkətini məhdudlaşdırıb

27 Avqust 19:43

Son Xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.