Radikal dindar Ben-Qvir Məscidül-Əqsaya daxil olaraq özünü məscidin sahibi adlandırıb
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bazar günü səhər saatlarında bir qrup yəhudi köçkünün müşayiəti və İsrail polisinin ciddi mühafizəsi altında Məscidül-Əqsa kompleksinə daxil olub. Bu addım regionda dini gərginliyi artıran növbəti təxribat kimi qiymətləndirilir.
İsrailin milli təhlükəsizlik naziri Qüdsdə 300 min yəhudinin silahlanmasına icazə verib
İsrail hökumətinin Qüdsdə silahlanmanın genişləndirilməsi ilə bağlı qərarı regionda yeni gərginlik müzakirələrinə səbəb olub. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qüdsdə əlavə 41 yəhudi məhəlləsinin sakinlərinə şəxsi odlu silah saxlamaq üçün lisenziya verilməsi barədə qərar qəbul edib. Bu qərar nəticəsində Qüdsdə yaşayan 300 mindən çox yəhudi sakinin silah əldə etmək hüququ yaranacaq.