11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Ben Qvir 1 200-dən çox yəhudi ilə birlikdə Əl-Əqsa məscidinə basqın edib

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin rəhbərliyi ilə 1 251 yəhudi Əl-Əqsa məscidinə basqın edib.

3 Avqust 2025 13:15
Ben Qvir 1 200-dən çox yəhudi ilə birlikdə Əl-Əqsa məscidinə basqın edib

BAKI, AzerVoice, Səməd Əyyubov – İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin rəhbərliyi ilə 1 251 yəhudi Əl-Əqsa məscidinə basqın edib.

AzerVoice xəbər verir ki, bu barədə Qüdsdəki İslam Vəqfləri İdarəsi məlumat verib.

Bildirilib ki, Ben Qvir "Likud" partiyasının Knesset üzvü Amit Halevi ilə birlikdə məscidə daxil olaraq Talmud ayinləri icra edən və rəqs edən qruplara rəhbərlik edib. O, həmçinin Qüdsün köhnə şəhər hissəsində gecə saatlarında provokativ yürüş də təşkil edib.

Hadisə, yəhudi təqviminə görə "Məbədin dağıdılmasının ildönümü" günü ilə eyni vaxta təsadüf edib. Bu çərçivədə, bəzi ultraortodoks yəhudi təşkilatları məscidə daha genişmiqyaslı yürüşlərə çağırış ediblər.

Ben Qvirin özü də Hərəm əş-Şərif ərazisində dua etdiyini açıqlayıb. Bu isə, onilliklər əvvəl razılaşdırılmış status-kvo qaydalarına ziddir. Qaydalara əsasən, ərazi İordaniya dini idarəsinin nəzarətindədir və yəhudilərin yalnız ziyarət etməsinə icazə verilir. Dualar isə qadağandır.

“Məbəd Dağı İdarəsi” adlı yəhudi təşkilatının yaydığı görüntülərdə Ben Qvirin dua edərkən məscidə daxil olduğu görünür. O, daha əvvəl də bu əraziyə daxil olaraq dualara icazə verilməsi tələbi ilə çıxış etmişdi. Bu dəfə isə Qəzzadakı müharibədə HƏMAS üzərində qələbə və israilli girovların azad olunması üçün dua etdiyini bildirib. O, həmçinin İsrailin Qəzza zolağını tam nəzarətə götürməsi çağırışını yenidən səsləndirib.

Qeyd edək ki, məscidin dini statusuna edilən hər hansı müdaxilə beynəlxalq ictimaiyyət, xüsusilə də İslam dünyası tərəfindən kəskin qəzəblə qarşılanır və bu cür halların əvvəlki illərdə zorakılıqla nəticələndiyi məlumdur. Hazırkı aksiyada zorakılıq qeydə alınmayıb.

Fələstin Prezidenti Mahmud Abbasın sözçüsü Nabil Əbu Rudeyne beynəlxalq ictimaiyyəti, xüsusilə ABŞ-ı İsrailin Qəzzadakı hərbi əməliyyatlarını və Əl-Əqsadakı təxribatları dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

İordaniya Xarici İşlər Nazirliyi də bəyanat yayaraq Ben Qvirin bu addımını “qəbuledilməz təxribat və təhlükəli gərginlik” kimi qiymətləndirib.

Fələstin xəbər agentliyi WAFA isə məlumat verib ki, ekstremist yəhudi təşkilatları "Məbədin dağıdılması" gününə uyğun olaraq Əl-Əqsa məscidinə genişmiqyaslı basqın çağırışları ediblər. Qüds valiliyinin açıqlamasına əsasən, bu ilki basqın planları məscid üçün son dərəcə təhlükəlidir və məqsəd dini və hüquqi “qırmızı xətlərin” pozulmasıdır. Bu planların həyata keçirilməsi üçün İsrail hökumətinin tam dəstəyi olduğu bildirilib.

Həmçinin qeyd edilib ki, bu gərginlik, Ben Qvirin daha əvvəl polisə verdiyi göstərişlərlə (məscid daxilində yəhudi məskunlaşanlara rəqs və mahnı oxumağa icazə verilməsi) ilə müşayiət olunur. Bu isə status-kvonu zorla dəyişdirmək cəhdi kimi qiymətləndirilir.

Bundan əvvəl, İsrail qüvvələri müsəlmanların dördüncü müqəddəs məkanı sayılan Hərəmi-İbrahim məscidinə basqın etmişdi.

Məqalədə: #İsrail #Fələstin #İordaniya #Əl-Əqsa #Məscidül-Əqsa #Əl-Əqsa məscidi #İsrailin Məscidül-Əqsaya məhdudiyyətləri #İtamar Ben Qvir #Məscidül-Əqsaya basqın #Məscidül-Əqsaya məhdudiyyətlər #Qüds İslam Vəqflərinin basqınlara reaksiyası

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

18:34
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

17:50
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
Yaxın Şərq

İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib

17:39

Son Xəbərlər

Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
20:10
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
20:02
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
20:00
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
19:47
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
19:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.