15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib

8 May 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş “Azərbaycan memarlıq irsinin dühası” kitabının və hədiyyə poçt markalarının təqdimat mərasimi keçirilib.

9 May 2026 15:55
Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib

BAKI,VOA Orxan Qədirzadə

8 May 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş “Azərbaycan memarlıq irsinin dühası” kitabının və hədiyyə poçt markalarının təqdimat mərasimi keçirilib.

VOA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli memar Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi və Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi haqqında müvafiq Sərəncamlarına əsasən keçirilmişdir.

Açılışda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova iki gündən sonra anadan olmasının növbəti ildönümü qeyd ediləcək Azərbaycan xalqının Ümummilli Lideri, Ulu öndər Heydər Əliyevin “Türk dövlətləri arasında əməkdaşlıq nə qədər güclü olarsa, xalqlarımız da bir o qədər güclü olar” kəlamını xatırladıb.

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən layihələr, o cümlədən təqdim olunan bu nəşr məhz həmin ideyaya – türk xalqlarının ortaq mədəni dəyərlər ətrafında daha sıx birləşməsinə xidmət etdiyini bildirib.

Fondun prezidentinin sözlərinə görə, 2025-ci il dekabrın 15-də Parisdə, UNESCO-nun mənzil-qərargahında keçirilən Türk Dilləri Ailəsi Günü çərçivəsində Əcəmi Naxçıvaninin 900 illik yubileyi beynəlxalq səviyyədə qeyd olunub. Tədbir zamanı sözügedən kitabın təqdimatı keçirilib, eyni zamanda, dahi memarın zəngin yaradıcılıq irsini əks etdirən sərgi təşkil edilib.

O, layihənin həyata keçirilməsində Azərbaycan Memarlar İttifaqının və nəşrin hazırlanmasında əməyi keçən hər kəsin xüsusi rolunu qeyd edərək onlara təşəkkürünü bildirib.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə açılış nitqlərinə davam edərək bildirib ki, Əcəmi Naxçıvani Azərbaycan memarlığında Naxçıvan memarlıq məktəbinin əsasını qoymuş ən görkəmli memarlardan biridir.
Sonra Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin videomüraciəti nümayiş olunub.

Tədbir çərçivəsində çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova, “Azərbaycan memarlıq irsinin dühası” kitabının müəllifi, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva nəşrin elmi və bədii əhəmiyyətinə toxunublar.

Tədbir bədii hissə ilə davam edib.

Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib Əcəmi Naxçıvaninin “Azərbaycan Memarlıq İrsinin Dühası” kitabının təqdimatı keçirilib
Məqalədə: #UNESCO #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Elbay Qasımzadə #Əcəmi Naxçıvani #Azərbaycan Memarlar İttifaqı #Azərbaycan memarlığı #Naxçıvan memarlıq məktəbi #Azərbaycan memarlıq irsi

Mövzu üzrə digər xəbərlər

Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Texnologiya

Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib

14 Sentyabr 21:57
Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili
Filmoskop

Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili

14 Sentyabr 20:37
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

14 Sentyabr 13:12
Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev
Cəmiyyət

Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev

14 Sentyabr 12:29

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.