6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspres marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır.

13 May 2026 19:51
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir

BAKI,VOA

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspres marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır.

VOA xəbər verir ki, Dəyişikliyə əsasən,
• Başlanğıc dayanacaq məntəqələri Zabrat, Ramana qəsəbələri və Savalan yaşayış massivi olan 148, 162, 197 və 198 nömrəli marşrutların son dayanacağı Sabunçu dəmiryol stansiyasının qarşısında təşkil ediləcək.
• Başlanğıcını Ramana (Gülçülük sovxozu) və Pirşağı qəsəbələrindən götürən 166, 173A və 173B nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun “Ulduz” stansiyasının yaxınlığında, Xəlil Rza Ulutürk küçəsi olacaq. Avtobuslar Balaxanı yolu ilə hərəkət edəcək.
• Başlanğıc dayanacaqları Buzovna və Maştağa qəsəbələri olan 107, 107A və 131 nömrəli, eləcə də Binə qəsəbəsi (Atçılıq yaşayş massivi) olan 168 və 169 nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun “Neftçilər” stansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsində təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçəcək.
• Başlanğıcını Zabrat və Ramana qəsəbələrindən götürən 118A, 118B və 204 nömrəli marşrutların Bakıxanov qəsəbəsindən keçməklə, həmçinin, başlanğıc dayanacağı Keşlə qəsəbəsi olan 15 nömrəli marşrutun son dayanacağı metronun “Qara Qarayev” stansiyasının yaxınlığında, Azər Manafov küçəsində olacaq.
• Başlanğıc dayanacaq məntəqələri Ramana qəsəbəsi olan 214 və 214A nömrəli marşrutların son dayanacağı Naxçıvanski küçəsində, “8-ci kilometr” bazarının yaxınlığında təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edəcək.
• Başlanğıcını Sabunçu qəsəbəsindən götürən 70 nömrəli marşrut Bakıxanov qəsəbəsindən keçəcək.
• Metronun “Azadlıq prospekti” stansiyasından başlanğıcını götürən 71 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ziya Bünyadov prospektində, “Koroğlu” NMM-in yaxınlığında olacaq.
• 32 və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi “28 May” NMM-dən çıxarılaraq Dilarə Əliyeva küçəsində, Səməd Vurğun bağının yanında təşkil edilir.
• “Cəmşid Naxçıvanski adına Hərbi Lisey” istiqamətindən hərəkət edən 60 nömrəli marşrutun avtobusları “Koroğlu” NMM-ə daxil olmadan Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində, metronun “Koroğlu” stansiyasının yaxınlığında dayanmaqla fəaliyyət göstərəcək.
• 18 və 31 nömrəli marşrutların son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsi, Qoşa Qala qapısının yanından çıxarılaraq Əhməd Cavad küçəsində təşkil ediləcək.
• 199 və M8 nömrəli marşrutların aralıq dayanacaq məntəqəsi - “Gənclik” NMM hərəkət sxemindən çıxarılaraq Əhməd bəy Ağaoğlu küçəsində təşkil olunacaq.
• 133 nömrəli marşrutun son dayanacağı “Gənclik” NMM-dən çıxarılaraq Fətəli xan Xoyski küçəsində, “Gənclik Mall”un qarşısında təşkil ediləcək.
• Hövsan, Mərdəkan qəsəbələri və metronun “Xalqlar Dostluğu” stansiyası istiqamətlərində fəaliyyət göstərən 120E, 121E, 140E və E1 nömrəli ekspres marşrutların fəaliyyəti müvəqqəti dayandırılacaq.

Məqalədə: #Bakı #Ümumdünya Şəhərsalma Forumu #Bakı şəhəri #avtobus marşrutları #Hərəkət Sxemi Dəyişiklikləri #Mayın 16-dan 28-dək #Avtobus Məhdudiyyətləri #Yollarda Tənzimləmələr #Bakı Nəqliyyat Xidməti #Dayanacaq Məntəqələri #Ekspres Marşrutlar #Bakı Marşrut Dəyişiklikləri #Təhlükəsizlik Tənzimləmələri #Avtobus Fəaliyyəti #Bakı Metro #Səfər Məhdudiyyətləri #Hərəkət Dəyişiklikləri #Bakı Forum #Tədbirə Bağlı Dəyişikliklər #Bakıda Yollarda Nəqliyyat Tənzimləmələri

Mövzu üzrə digər xəbərlər

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir
Cəmiyyət

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

2 Sentyabr 11:18
Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN
Siyasət

Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

28 Avqust 10:49
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət

Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

21 Avqust 19:45
Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir
Türk Dövlətləri

Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

21 Avqust 10:52

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.