15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb

Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə 150 nəfərlik böyük nümayəndə heyəti tərəfindən təmsil edilir.

16 May 2026 16:32
“Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb

BAKI,VOA

Mayın 14-də Birləşmiş Krallıqda ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürmüşdür.

Bu barədə VOA-ya Azərbaycan Respublikası Atçılıq Federasiyasından məlumat verilib.

Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə 150 nəfərlik böyük nümayəndə heyəti tərəfindən təmsil edilir.

Bu ilin ən möhtəşəm çıxışlarından “Azerbaijan – Land of Fire” şou-kompozisiyasında çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və orkestrin çıxışları nümayiş etdirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi 23 Qarabağ atı ilə ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanmışdır.

Şou-kompozisiyanın rəhbəri əməkdar artist Gövhər Həsənzadə, quruluşçu rejissoru və xoreoqrafı Dövlət Sərhəd Xidmətinin əməkdaşı əməkdar artist Fərid İbrahimov, süvarilər dəstəsinin məşqçisi baş təlimatçı İmran Əhmədli, Nümunəvi Hərbi Orkestrin baş dirijoru əməkdar artist Səməd Vəkilovdur.

Peşəkar Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz yaradıcılığının şah əsərlərindən sayılan, klassik Azərbaycan musiqisinin incisi olan Arşın mal alan operettasının ecazkar musiqisi əsasında hazırlanmış rəngarəng və duyğusal kompozisiya tamaşaçılara təqdim olunmuşdur. Bu kompozisiya milli musiqimizin zənginliyini və incəliyini bir daha parlaq şəkildə nümayiş etdirmişdir.

Tədbirdə iştirak edən İngiltərə kralı III Charles Azərbaycan nümayəndə heyətini hörmət və ehtiramla qarşılamış, “Azerbaijan – Land of Fire” şou-kompozisiyasını yüksək maraqla izləmişdir.

Operettada əsas qəhrəman obrazları böyük ustalıq və yüksək peşəkarlıqla canlandırılmışdır. Gülçöhrə obrazını Əməkdar artist Afaq Abbasova və solist Fatimə Cəfərzadə, Əskər obrazını Əməkdar artist Tural Ağasiyev və solist Fəhri Kəzım Nicat, Vəli obrazını isə Rauf Zeynalov canlandırmışlar. Onların səhnədə nümayiş etdirdikləri yüksək aktyorluq məharəti, obrazlara bəxş etdikləri xüsusi ruh və emosional çıxışları tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanmışdır.

Qeyd edək ki, nümayəndə heyətimizin çıxışları may ayının 17-dək davam edəcək və “Land of Fire” polo komandasının çıxışı bu gün baş tutacaq.

“Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb “Vindzor Kral Atçılıq Şousu - 2026” start götürüb
Məqalədə: #Heydər Əliyev Fondu #Birləşmiş Krallıq #Vindzor Kral Atçılıq Şousu - 2026 #Azərbaycan Respublikası Atçılıq Federasiyası #Azerbaijan – Land of Fire şou-kompozisiyası

Mövzu üzrə digər xəbərlər

Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Texnologiya

Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib

14 Sentyabr 21:57
Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili
Filmoskop

Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili

14 Sentyabr 20:37
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

14 Sentyabr 13:12
Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev
Cəmiyyət

Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev

14 Sentyabr 12:29

Son Xəbərlər

Məhəmməd bin Salman Qahirədə Əbdülfəttah əs-Sisi ilə görüşəcək
Məhəmməd bin Salman Qahirədə Əbdülfəttah əs-Sisi ilə görüşəcək
10:03
Bab əl-Məndəb avantürası: Tehranın alver kartına çevrilən silahlı dəstə
Bab əl-Məndəb avantürası: Tehranın alver kartına çevrilən silahlı dəstə
10:00
Tramp Səudiyyə Ərəbistanına yeni səfir seçib
Tramp Səudiyyə Ərəbistanına yeni səfir seçib
09:40
Asiya Çempionlar Liqasının yeni mövsümü gərgin oyunlarla başlayıb
Asiya Çempionlar Liqasının yeni mövsümü gərgin oyunlarla başlayıb
09:32
İraq və Fransa altı əməkdaşlıq sənədi imzalayıb
İraq və Fransa altı əməkdaşlıq sənədi imzalayıb
09:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.