4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib

2 İyul 2026-cı il tarixində AMEA Mərkəzi Elmi Kitabxanasında Türk Dünyası Həftəsi çəçivəsində “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpoziumu işə başlayıb.

3 İyul 2026 15:56
Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib

BAKI,VOA Orxan Qədirzadə

2 İyul 2026-cı il tarixində AMEA Mərkəzi Elmi Kitabxanasında Türk Dünyası Həftəsi çəçivəsində “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpoziumu işə başlayıb.

Simpozium Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyası və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamının icrası çərçivəsində təşkil olunub.

Simpoziumun açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən tədbirlər Azərbaycan dövlətinin bu tarixi hadisəyə verdiyi yüksək dəyərin ifadəsidir. Professor Aktotı Raimkulovanın sözlərinə görə, simpoziumun əsas mövzusu olan “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” ideyası türk dünyasının ortaq tarixi yaddaşını gələcəyə daşıyan mənəvi körpü rolunu oynayır.

Aktotı Raimkulova çıxışında son illərdə Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında uğurla inkişaf edən əməkdaşlığı xüsusi vurğulayıb. O, AMEA Folklor İnstitutu ilə həyata keçirilən birgə layihələrin, o cümlədən türk xalqlarının qəhrəmanlıq dastanlarını əhatə edən Folklor Antologiyasının ortaq elmi irsin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyasının İdarə Heyətinin sədri professor Öcal Oğuz və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Mustafa Şabanov çıxış ediblər.

Plenar iclas çərçivəsində Qazaxıstanın M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru akademik Kenjexan Matıjanov, Hacettepe Universitetinin professoru Özkul Çobanoğlu, Ege Universitetinin professoru Metin Ekici, Özbəkistan Elmlər Akademiyasının Əlişir Nəvai adına Ədəbiyyat Muzeyinin professoru Jabbor Eşonqulov məruzələrlə çıxış edərək türk xalqlarının ortaq folklor irsi, türkoloji tədqiqatların müasir istiqamətləri və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Yerli və xarici qonaqlar tərəfindən Birinci Türkoloji Qrurultaya həsr olunmuş müxtəlif kitablar Mərkəzi Elmi Kitabxananın Fonduna hədiyyə olunub.

Simpoziumun türk dünyasının ortaq elmi irsinin araşdırılması, türkoloji və folklorşünaslıq sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eləcə də Birinci Türkoloji Qurultayın ideya irsinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm platforma olacağı vurğulanıb.

Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu #Türk Dünyası Həftəsi #AMEA Mərkəzi Elmi Kitabxanası #Türkoloji folklorşünaslıq: nəzəri konteksti #praktik yönləri və təhlil perspektivləri #Simpozium

Mövzu üzrə digər xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
Özbəkistan

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

28 Avqust 16:52
Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub
Türk Dövlətləri

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

19 Avqust 16:25
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

18 Avqust 14:04
Şövqi Mehdizadə Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi ilə görüşüb
Cəmiyyət

Şövqi Mehdizadə Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi ilə görüşüb

28 İyul 15:02

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.