4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Anar Quliyev BMT-də çıxış etdi

İyulun 16-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Yeni Şəhər Gündəliyinin icrasının ortamüddətli icmalına həsr olunmuş BMT Baş Assambleyasının yüksəksəviyyəli iclası keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iclasın açılış mərasimində çıxış edib, daha sonra isə plenar iclasda Azərbaycan Respublikasının milli bəyanatını təqdim edib.

17 İyul 2026 11:01
Anar Quliyev BMT-də çıxış etdi

BAKI,VOA

İyulun 16-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Yeni Şəhər Gündəliyinin icrasının ortamüddətli icmalına həsr olunmuş BMT Baş Assambleyasının yüksəksəviyyəli iclası keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iclasın açılış mərasimində çıxış edib, daha sonra isə plenar iclasda Azərbaycan Respublikasının milli bəyanatını təqdim edib.

Anar Quliyev açılış nitqində cari ilin may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qlobal şəhərsalma gündəliyinin inkişafına yeni dinamika qazandırdığını və bugünkü yüksəksəviyyəli iclasa aparan mühüm mərhələ olduğunu vurğulayıb.

"Kito şəhəri ilə başlanan yol bizə ortaq baxış qazandırdı. Bakı qlobal gündəliyə yeni siyasi impuls verdi. Nyu-York Yeni Şəhər Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün birgə iradəmizi təsdiqlədiyimiz məkan olsun", - deyə Anar Quliyev bildirib.

Milli bəyanatda Yeni Şəhər Gündəliyi prinsiplərinin Azərbaycanda həyata keçirilməsi istiqamətində əldə olunan nəticələr təqdim edilib. Bildirilib ki, şəhərsalma siyasəti inteqrasiya olunmuş məkan planlaşdırılması, əlçatan mənzil təminatı, rəqəmsallaşma, iqlim dayanıqlılığı və insanmərkəzli yaşayış məkanlarının formalaşdırılmasını əsas prioritetlər kimi müəyyən edir.

Bu kontekstdə Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesinə diqqət çəkən Anar Quliyev bildirib ki, bu ərazilər "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində "Daha Yaxşı Yenidənqurma" prinsipi və müasir baş planlar əsasında yenidən qurulur: "Bu yanaşma postmünaqişə bərpa dövründə daha geniş məna daşıyır və şəhərsalmanın uzunmüddətli sülhün, dayanıqlı inkişafın və yüksək həyat keyfiyyətinin təmin edilməsinə xidmət etdiyini göstərir".

Həmçinin Komitə sədri ölkədə həyata keçirilən şəhərsalma islahatlarından bəhs edib. Bildirilib ki, son illər müvafiq normativ-hüquqi baza ardıcıl şəkildə təkmilləşdirilib, ölkə şəhərlərinin 86 %-indən çoxu üzrə yenilənmiş baş planlar hazırlanıb. Xüsusi olaraq vurğulanıb ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq çərçivəsində ölkənin ilk Milli Şəhərsalma Siyasəti hazırlanır.

Sonda qeyd olunub ki, Azərbaycan Yeni Şəhər Gündəliyinin icrası istiqamətində milli səviyyədə fəaliyyətini davam etdirməklə yanaşı, şəhərlərin dayanıqlı inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə vermək əzmindədir.

Məqalədə: #BMT #Anar Quliyev #Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir
Cəmiyyət

Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

3 Sentyabr 15:11
Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
Siyasət

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

2 Sentyabr 13:34
Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat
Cəmiyyət

Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

2 Sentyabr 11:29

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.