4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində “Şəhərlərin bərpasının təməlində minatəmizləmə fəaliyyəti” mövzusunda panel müzakirəsi təşkil olunub.Paneldə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması yalnız humanitar və təhlükəsizlik məsələsi deyil, həm də şəhərsalma, ərazi planlaşdırılması və uzunmüddətli regional inkişaf prosesinin ayrılmaz hissəsidir.

3 Sentyabr 2026 15:11
Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir


BAKI,VOA

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində “Şəhərlərin bərpasının təməlində minatəmizləmə fəaliyyəti” mövzusunda panel müzakirəsi təşkil olunub.

Paneldə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması yalnız humanitar və təhlükəsizlik məsələsi deyil, həm də şəhərsalma, ərazi planlaşdırılması və uzunmüddətli regional inkişaf prosesinin ayrılmaz hissəsidir.

Komitə sədri qeyd edib ki, münaqişədən sonrakı genişmiqyaslı bərpa proseslərində “əvvəl təmizlə, sonra qur” yanaşmasından inteqrasiya olunmuş modelə keçid zəruridir. Minatəmizlmə fəaliyyətinə dair məlumatlar ərazi planlaşdırılmasının mühüm komponentinə çevrilməli, torpaqların təhlükəsizliyi və əlçatanlığı inkişaf prioritetlərinin müəyyənləşdirilməsində nəzərə alınmalıdır.

Anar Quliyev Azərbaycanın təcrübəsinin münaqişədən və böhrandan sonrakı bərpa prosesləri üçün nümunə ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, təhlükəsiz ərazilərin yaradılması yalnız minalardan təmizlənmiş torpaq sahələrinin formalaşdırılması demək deyil. Bu proses həmin ərazilərdə şəhərlərin, kəndlərin, məktəblərin, xəstəxanaların, yolların, enerji sistemlərinin, iqtisadi fəaliyyətin və nəhayət, insanların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasının əsasını təşkil edir.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri bütöv ərazilərin transformasiyasını nəzərdə tutur. Bu baxımdan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti ayrı-ayrı şəhər və yaşayış məntəqələrinin planlaşdırılması ilə məhdudlaşmır, ərazilərin uzunmüddətli inkişafını müəyyən edən məkan çərçivəsinin formalaşdırılmasını da əhatə edir”, — deyə A.Quliyev əlavə edib.

Komitə sədrinin sözlərinə görə, bu yanaşmanın praktiki ifadəsi olaraq təxminən 13 600 kv.km ərazini əhatə edən, 12 şəhər, 11 qəsəbə və 286 kəndi birləşdirən regionun Baş Planı hazırlanaraq təhvil verilib. Bundan əlavə, bütün 12 şəhər, 106 qəsəbə və kəndin ayrı-ayrılıqda da baş planları hazırlanıb. Bu planlar 24 700 hektardan çox ərazini əhatə edir və təxminən 538 min nəfər üçün planlaşdırma çərçivəsi yaradır.

Hazırda işğaldan azad edilmiş ərazilərdə 12 şəhər və 80-dən çox kənd və qəsəbədə tikinti işləri davam edir. Artıq 10 şəhər, 3 qəsəbə və 34 kənddə ilk yaşayış məhəllələri istifadəyə verilib, indiyədək 16 500 yeni yaşayış vahidinin tikintisinə icazə verilib.

Yaşayış məskənlərində 30-dan çox məktəb və məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir, Qarabağ Universitetində isə 2 100-dən çox tələbə təhsil alır. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə artıq təxminən 90 min nəfər yaşayır, işləyir və təhsil alır.

Bərpa prosesinin yalnız yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmadığı, regionun yeni nəqliyyat və iqtisadi bağlantı strukturunun formalaşdırılması məqsədilə 3 beynəlxalq hava limanı, 150 kilometrdən çox dəmir yolu bağlantısı və ümumi uzunluğu 3 800 kilometrdən çox olan 68 yol layihəsinin həyata keçirildiyi diqqətə çatdırılıb.

A.Quliyev çıxışında BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlığın da ərazi planlaşdırılmasının inkişafında mühüm rol oynadığını bildirib. O, “Davamlı şəhər inkişafı üçün inteqrasiya olunmuş məkan planlaşdırılması – Azərbaycan Respublikasının Şərqi Zəngəzur regionunda ağıllı, dayanıqlı və inklüziv yaşayış məntəqələrinə doğru” layihəsi çərçivəsində Kəlbəcər və Cəbrayıl rayonlarında məkan planlaşdırılması üzrə işlərin aparılacağını açıqlayıb.

Qeyd edək ki, IV Beynəlxalq Minatəmizləmə Konfransı Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2006-cı ildə təsis edilmiş mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə ölkə üzrə şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində vahid dövlət siyasətini tənzimləyir. Qurumun əsas fəaliyyətinə Baş planların hazırlanması, tikinti və planlaşdırma normalarına nəzarət, davamlı şəhər mühitinin formalaşdırılması və milli memarlıq irsinin qorunması daxildir.

Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir
Məqalədə: #Anar Quliyev #Dövlət Səhərsalma və Arxitektura Komitəsi #panel müzakirəsi #şəhərsalma #IV Beynəlxalq Minatəmizləmə Konfransı #Şəhərlərin bərpasının təməlində minatəmizləmə fəaliyyəti #ərazi planlaşdırılması #regional inkişaf prosesi #əvvəl təmizlə #sonra qur #təhlükəsizliy #əlçatanlığ

Mövzu üzrə digər xəbərlər

Azərbaycanın Türkmənistandakı səfiri Aşqabad şəhərinin hakimi ilə görüşüb
İqtisadiyyat

Azərbaycanın Türkmənistandakı səfiri Aşqabad şəhərinin hakimi ilə görüşüb

30 İyul 17:41
Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub
Cəmiyyət

Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

18 İyul 10:42
Anar Quliyev BMT-də çıxış etdi
Cəmiyyət

Anar Quliyev BMT-də çıxış etdi

17 İyul 11:01
Azərbaycan və UN-Habitat saziş imzaladı
Cəmiyyət

Azərbaycan və UN-Habitat saziş imzaladı

16 İyul 10:48

Son Xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
20:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.