Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir
Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində “Şəhərlərin bərpasının təməlində minatəmizləmə fəaliyyəti” mövzusunda panel müzakirəsi təşkil olunub.Paneldə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması yalnız humanitar və təhlükəsizlik məsələsi deyil, həm də şəhərsalma, ərazi planlaşdırılması və uzunmüddətli regional inkişaf prosesinin ayrılmaz hissəsidir.
Qarabağ və Şərqi Zəngəzurun bərpası postmünaqişə reabilitasiyasının effektiv modelidir - dövlət komitəsinin nümayəndəsi
Qarabağ və Şərqi Zəngəzurun bərpası postmünaqişə reabilitasiyasının işlək və effektiv modeli hesab olunur. Ramil Cahangirov bildirib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində institusional koordinasiya və mərkəzləşdirilmiş şəhər siyasəti əsas rol oynayır və gələcəkdə bütün nailiyyətlər nümayiş etdiriləcək.
Azərbaycan və BMT arasında şəhərsalma sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə səmimi görüş keçirib. Görüş zamanı Azərbaycan Hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu sənəd Azərbaycanın Milli Prioritetlərinə uyğun olaraq gələcəyə yönəlmiş tərəfdaşlıq üçün mühüm əsasdır və xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərindən “Dayanıqlı şəhərlər və icmalar”ın icrasına əhəmiyyətli töhfə verir.
“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun onlayn formatında növbəti iclası keçirilib. İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və özəl sektor nümayəndələri iştirak edib.
Baş nazirin müavini Dohada BMT-nin İkinci Dünya Sosial Sammitində iştirak edir
Noyabrın 4-də Qətərin paytaxtı Doha şəhərində BMT-nin İkinci Dünya Sosial Sammiti öz işinə başlayıb. Sammitdə 8 mindən çox qonaq, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, alimlər, Birləşmiş Millətlər Təşkilatının təmsilçiləri, vətəndaş cəmiyyəti və özəl sektorun, gənclər təşkilatlarının nümayəndələri iştirak edir.