9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qarabağ və Şərqi Zəngəzurun bərpası postmünaqişə reabilitasiyasının effektiv modelidir - dövlət komitəsinin nümayəndəsi

Qarabağ və Şərqi Zəngəzurun bərpası postmünaqişə reabilitasiyasının işlək və effektiv modeli hesab olunur. Ramil Cahangirov bildirib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində institusional koordinasiya və mərkəzləşdirilmiş şəhər siyasəti əsas rol oynayır və gələcəkdə bütün nailiyyətlər nümayiş etdiriləcək.

15 May 2026 19:07
Qarabağ və Şərqi Zəngəzurun bərpası postmünaqişə reabilitasiyasının effektiv modelidir - dövlət komitəsinin nümayəndəsi

BAKI,VOA

Qarabağ və Şərqi Zəngəzurun bərpası postmünaqişə reabilitasiyasının effektiv modelidir.

VOA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramil Cahangirov Bakıda keçirilən “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans zamanı deyib.

“Qarabağ və Şərqi Zəngəzurda təxminən altı illik inkişaf prosesinə nəzər saldıqda, bu gün artıq əminliklə deyə bilərik ki, bu, postmünaqişə reabilitasiyasının çox yaxşı və işlək modelidir. Biz məmnunuq ki, gələn həftə bu nailiyyətləri nümayiş etdirə biləcəyik - ayrı-ayrı layihələri deyil, bütövlükdə “Böyük Qayıdış” proqramını postmünaqişə bərpasının bir modeli kimi təqdim edəcəyik”, – deyə o bildirib.

Ramil Cahangirov qeyd edib ki, əsas elementlərdən biri institusional komponentdir və bu, koordinasiya baxımından mühüm əhəmiyyət daşıyır, çünki çoxsaylı maraqlı tərəflərin koordinasiyası olmadan bu proses mümkün olmazdı.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda şəhər siyasətinə kompleks yanaşma da vacibdir: "Trpaq bölgüsündən tikinti və istismar icazələrinədək bütün proses Dövlət Komitəsinin idarəçiliyindədir. Bu, mərkəzləşdirilmiş yanaşmanın təmin edilməsi üçün zəruridir”.

Məqalədə: #Qarabağ #Şərqi Zəngəzur #Dövlət Səhərsalma və Arxitektura Komitəsi #Böyük Qayıdış proqramı #şəhərsalma #Qarabağ bərpası #Şərqi Zəngəzur inkişafı #Ramil Cahangirov #postmünaqişə reabilitasiyası #mərkəzləşdirilmiş şəhər siyasəti #postmünaqişə #Arxitektura #şəhər siyasəti

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

10:35
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.