7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Baş nazirin müavini Dohada BMT-nin İkinci Dünya Sosial Sammitində iştirak edir

Noyabrın 4-də Qətərin paytaxtı Doha şəhərində BMT-nin İkinci Dünya Sosial Sammiti öz işinə başlayıb. Sammitdə 8 mindən çox qonaq, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, alimlər, Birləşmiş Millətlər Təşkilatının təmsilçiləri, vətəndaş cəmiyyəti və özəl sektorun, gənclər təşkilatlarının nümayəndələri iştirak edir.

4 Noyabr 2025 21:20
Baş nazirin müavini Dohada BMT-nin İkinci Dünya Sosial Sammitində iştirak edir

BAKI, AzerVoice

Noyabrın 4-də Qətərin paytaxtı Doha şəhərində BMT-nin İkinci Dünya Sosial Sammiti öz işinə başlayıb. Sammitdə 8 mindən çox qonaq, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, alimlər, Birləşmiş Millətlər Təşkilatının təmsilçiləri, vətəndaş cəmiyyəti və özəl sektorun, gənclər təşkilatlarının nümayəndələri iştirak edir.

Nazirlər Kabinetindən AzerVoice-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Sammitdə ölkəmizi Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinə Azərbaycan Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Səhərsalma və Arxitektura Komitəsinin sədri, Qətər Dövlətindəki səfir, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, Nazirlər Kabineti, və Xarici işlər nazirlyinin məsul vəzifəli şəxsləri daxildir.

2030 Dayanaqlı İnkişaf Gündəliyinin reallaşdırılmasına, xüsusilə də sosial inkişaf gündəliyinin təşviqinə həsr olunan Sammitin ilk günündə “Doha Siyasi Bəyannaməsi” qəbul edilib.

Baş nazirinin müavini S. Şərifov Dünya Sosial Sammitinin plenar iclasında çıxış edib. Çıxışda o, Azərbaycanda Kopenhagen Bəyannaməsi üzrə sosial sahədə nəzərdə tutulan öhdəliklərin icrası barədə məlumat vermiş və sosial inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlığa yaxından qoşulduğunu və bir çox inkişafda olan ölkələrə təhsil, səhiyyə, və humanitar sahədə yardım göstrədiyini bildirmişdir.

O, həmçinin bu ölkələrlə sosial və dövlət xidmətlərinin xüsusi yaradılmış mərkəzlər vasitəsilə əhaliyə effektiv göstərilməsində Azərbaycanın uğurlu təcrübəsini bölüşdüyünü, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə və həmin ölkələrə yardım göstərilməsini davam etdirməyə hazır olduğunu bəyan etmişdir.

Eyni zamanda, 2024-cü ildə Bakıda keçirilmiş Qlobal İqlim Konfransı (COP29) çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafına dair Bakı Rəhbər Prinsiplərinin qəbul edildiyini qeyd edərək 2026-cı ildə Bakıda həmin prinsiplərin gercəkləşdirilməsi məqsədilə 13-cü Ümümdünya Şəhərsalma Forumunun və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının növbəti illlik sessiyasının keçirilməsinə Azərbaycanın ev sahibliyi edəcəyini bildirmişdir.

Sonda S.Şərifov Azərbaycan Respublikasının yenicə qəbul edilmiş Doha Siyasi Bəyannaməsinin və cari ilin iyulunda qəbul edilmiş İnkişaf üçün Maliyyələşdirmə üzrə Sevilya Bəyannaməsindən irəli gələn öhdəliklərin beynəlxalq əməkdaşlıq çərçivəsində icra edilməsinə Azərbaycanın sadiqliyini, ona müvafiq dəstəyin göstərilməsini davam edəcəyini bir daha təsdiqləmişdir.

Azərbaycan nümayəndə heyəti Sammit çərçivəsində keçirilmiş “Aclıq və Yoxsulluğa qarşı Qlobal Alyansı”ın birinci iclasında, “Sosial inkişafın üç sütununun gücləndirilməsi: yoxsulluğun aradan qaldırılması, tam və məhsuldar məşğulluq və hamı üçün layiqli əmək və sosial inteqrasiya” mövzusunda təşkil olunan dəyirmi masada, eləcə də bir sıra ikitərəfli görüşlərdə iştirak etmişdir.

İkinci Dünya Sosial Sammiti noyabrın 6-dək davam edəcək.

İlk Dünya Sosial Sammiti 30 il əvvəl Danimkaranın paytaxtı Kopenhagendə keçirilib və Sosial İnkişaf üzrrə Kopenhagen Bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşmışdı.

Baş nazirin müavini Dohada BMT-nin İkinci Dünya Sosial Sammitində iştirak edir Baş nazirin müavini Dohada BMT-nin İkinci Dünya Sosial Sammitində iştirak edir
Məqalədə: #Qətər #Xarici İşlər Nazirliyi #COP29 #Nazirlər Kabineti #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Samir Şərifov #Dövlət Səhərsalma və Arxitektura Komitəsi #Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası #Doha Siyasi Bəyannaməsi #BMT-nin İkinci Dünya Sosial Sammiti

Mövzu üzrə digər xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb

22:07
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər

Qətər və Çin strateji əməkdaşlığı genişləndirir

20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər

Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur

20:15
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

11:49

Son Xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.