Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub
Türkiyənin Sosial Təminat Qurumunun nümayəndə heyəti DOST Agentliyində olub. Nümayəndə heyətinə İnformasiya Texnologiyaları Baş İdarə rəisinin müavini Adnan Yılmaz rəhbərlik edib. Qonaqlar 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Onlara DOST konsepsiyasının üstünlükləri və sosial xidmətlərdə tətbiq olunan yeniliklər barədə məlumat verilib. Görüşdə Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar müzakirə olunub. DOST mərkəzlərində 164 növ xidmətin “bir pəncərə” prinsipi ilə təqdim edildiyi bildirilib. Tərəflər sosial müdafiə və rəqəmsal xidmətlər sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
DOST modeli Moldovada pilot mərhələdə tətbiq olunacaq
Azərbaycanın DOST modeli Moldovada pilot mərhələdə tətbiq ediləcək. Bu məqsədlə DOST Agentliyi ilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd sosial xidmətlərin daha səmərəli təşkili, “bir pəncərə” prinsipi əsasında xidmətlərin göstərilməsi və müasir sosial təminat sistemlərinin inkişafını nəzərdə tutur. Tərəflər DOST modelinin Moldova sosial sisteminə uyğunlaşdırılması üzrə əməkdaşlıq edəcəklər. Memorandum çərçivəsində təcrübə mübadiləsi, texniki dəstək və birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Azərbaycan sosial xidmət sahəsində əldə etdiyi təcrübəni beynəlxalq əməkdaşlıq vasitəsilə paylaşmağa davam edir.
Azərbaycanın təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görüldü
Azərbaycanın sosial təminat sahəsində tətbiq etdiyi xidmət modeli BMT tərəfindən tanınıb.
Nazir Anar Əliyev Qobustanda vətəndaşların müraciətlərini dinləyib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini qəbul edib. Qəbuldan əvvəl Anar Əliyev və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Bakıda Azərbaycan və Tacikistan arasında konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasın Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr keçirilib.
856 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 864 uşaq ailələrinə qaytarılıb
Övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsi 2019-cu ilin noyabrından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” layihəsinə start verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” sosial əhəmiyyətli layihəyə başlanıb. Layihə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunub.
Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qurulan proaktiv mexanizm yaınız pensiya təyinatının deyil, pensiyanın yenidən hesablanmasının e-sistem üzərindən avtomatik həyata keçirilməsinə imkan yaradıb.
Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu il əlilliyi olan daha 130-dan çox şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib.
Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövrü ərzində 1336 işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb olunub.
Azərbaycan Dünya Hökumətləri Sammitində: əmək bazarının gələcəyi və sosial siyasətlər müzakirə olunub
Vüsal Nəsirli Sammitin plenar sessiyasında, habelə bu qlobal tədbir çərçivəsində keçirilən Əməyin Gələcəyi Forumunda iştirak edib.
Postmüharibə dövründə 4 minə yaxın qaziyə reabilitasiya xidmətləri göstərilib
Tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3800 qaziyə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.