5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” layihəsinə start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” sosial əhəmiyyətli layihəyə başlanıb. Layihə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunub.

6 Mart 2026 21:27
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” layihəsinə start verilib

BAKI, VOA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” sosial əhəmiyyətli layihəyə başlanıb.

VOA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, layihə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunub.

“İmkanlar hər kəs üçün” layihəsinə başlanması ilə əlaqədar Mərkəzdə keçirilən tədbirdə layihənin tərəfdaşları olan dövlət və özəl müəssisələr, beynəlxalq təşkilatların nümayəndələri, proqrama cəlb edilmiş əlilliyi olan şəxslər, könüllü və təcrübəçi gənclər iştirak ediblər.

Tədbirin iştirakçıları əvvəlcə təlimçi və benefisiarların əl işlərindən ibarət ekspozisiya ilə tanış olub, Mərkəzin təlim studiyalarında yaradıcılıq prosesini izləyiblər.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə həssas qruplardan olan şəxslərin bacarıqlarının təkmilləşdirilməsi və sosial adaptasiyası istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Mərkəzin direktor müavini Mətanət Məmmədova müəssisənin fəaliyyət istiqamətləri, burada təlimlərə cəlb olunmuş həssas qrupların yaradıcı potensialının inkişafı üçün aparılan işlər barədə məlumat verib.

BMT Məskunlaşma Proqramının Təbliğat və Layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının şəhərlərin daha inklüziv və hər kəs üçün əlçatan inkişafı mövzusunu qlobal gündəliyin əsas istiqamətlərindən biri kimi önə çıxardığını diqqətə çatdırıb.

“İmkanlar hər kəs üçün’’ layihəsinin əlilliyi olan şəxslərin korporativ iş mühitində real təcrübə qazanması, onların əmək bazarına daha fəal inteqrasiyası, inklüziv iş mühitlərinin təşviqi baxımından önəmi vurğulanıb.

Mərkəzdə yaradılmış bərabər imkanlar və sosial dəstək mexanizmləri haqqında da məlumat verilib. Bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gələcək perspektivlərinə toxunulub.

Qeyd olunub ki, martın 10-dan etibarən Mərkəzin əlilliyi olan 30 nəfərədək 15-29 yaş arası benefisiarının dövlət qurumları, beynəlxalq və özəl təşkilatlara 3 günlük qısa təcrübə proqramı təşkil ediləcək. Proqram vasitəsilə gənclərə real iş mühiti ilə tanışlıq və mövcud potensiallarını nümayiş etdirmək imkanı yaradılacaq.

Layihənin bağlanış mərasiminin WUF13-ün Bakı Şəhərsalma Həftəsi çərçivəsində keçirilməsi nəzərdə tutulur.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” layihəsinə start verilib DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” layihəsinə start verilib DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” layihəsinə start verilib DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” layihəsinə start verilib DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” layihəsinə start verilib DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” layihəsinə start verilib DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” layihəsinə start verilib DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” layihəsinə start verilib DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” layihəsinə start verilib
Məqalədə: #DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #İmkanlar hər kəs üçün sosial əhəmiyyətli layihə

Mövzu üzrə digər xəbərlər

Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub
İqtisadiyyat

Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

31 Avqust 19:32
DOST modeli Moldovada pilot mərhələdə tətbiq olunacaq
Cəmiyyət

DOST modeli Moldovada pilot mərhələdə tətbiq olunacaq

9 İyul 20:36
Azərbaycanın təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görüldü
Siyasət

Azərbaycanın təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görüldü

25 İyun 19:51
Nazir Anar Əliyev Qobustanda vətəndaşların müraciətlərini dinləyib
Cəmiyyət

Nazir Anar Əliyev Qobustanda vətəndaşların müraciətlərini dinləyib

10 Aprel 14:28

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.