15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan Dünya Hökumətləri Sammitində: əmək bazarının gələcəyi və sosial siyasətlər müzakirə olunub

Vüsal Nəsirli Sammitin plenar sessiyasında, habelə bu qlobal tədbir çərçivəsində keçirilən Əməyin Gələcəyi Forumunda iştirak edib.

5 Fevral 2026 12:51
Azərbaycan Dünya Hökumətləri Sammitində: əmək bazarının gələcəyi və sosial siyasətlər müzakirə olunub
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində növbəti Dünya Hökumətləri Sammiti keçirilir. Tədbirdə dünya ölkələrinin dövlət və hökumət başçıları, yüksək səviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

AzerVoice Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, sammitdə həyati əhəmiyyətli sektorlarda sürətli transformasiyalar və dərinləşən qlobal dəyişikliklərlə bağlı davamlı inkişafın gücləndirilməsi, gələcəyə hazır cəmiyyətlərin qurulması, habelə əmək bazarı ilə bağlı siyasətlər müzakirə olunur.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Sammitin plenar sessiyasında, habelə bu qlobal tədbir çərçivəsində keçirilən Əməyin Gələcəyi Forumunda iştirak edib.

Forumda texnoloji inkişafla əlaqədar əmək bazarında baş verən sürətli dəyişikliklərə uyğun işçi qüvvəsinin bacarıqlarının artırılaraq gələcəyə hazırlanması, əmək bazarı strategiyalarının rəqəmsal iqtisadiyyatın tələbləri ilə uyğunlaşdırılması məsələləri geniş müzakirə olunub.

Vüsal Nəsirli Sammit çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlikləşmə naziri, ali təhsil və elmi tədqiqat naziri vəzifəsini icra edən Dr. Abdülrəhman əl Avar ilə görüşüb.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin dinamik və hərtərəfli inkişafından bəhs olunub.

İki ölkə arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb.

Ötən il iki nazirlik arasında imzalanmış əməkdaşlıq sənədinin əlaqələrin dərinləşdirilməsində əhəmiyyəti qeyd edilib.

Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan Dünya Hökumətləri Sammitində: əmək bazarının gələcəyi və sosial siyasətlər müzakirə olunub
Məqalədə: #Azərbaycan #BƏƏ #Dubay #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Dünya Hökuməti Sammiti 2025 #ƏƏSMN #Abdülrəhman əl Avar #Vüsal Nəsirli

Mövzu üzrə digər xəbərlər

Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Texnologiya

Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib

14 Sentyabr 21:57
Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili
Filmoskop

Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili

14 Sentyabr 20:37
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

14 Sentyabr 13:12
Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev
Cəmiyyət

Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev

14 Sentyabr 12:29

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.