Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir
Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində “Şəhərlərin bərpasının təməlində minatəmizləmə fəaliyyəti” mövzusunda panel müzakirəsi təşkil olunub.Paneldə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması yalnız humanitar və təhlükəsizlik məsələsi deyil, həm də şəhərsalma, ərazi planlaşdırılması və uzunmüddətli regional inkişaf prosesinin ayrılmaz hissəsidir.
Qlobal sistemdə islahatlar aparmaq və praktiki regional əməkdaşlığın inkişafı üzərində işləmək lazımdır - Cevdet Yılmaz
Beynəlxalq sistemin qlobal transformasiyası və institutların zəifləməsi fonunda ikitərəfli və regional əməkdaşlığın əhəmiyyəti artır.