5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Qlobal sistemdə islahatlar aparmaq və praktiki regional əməkdaşlığın inkişafı üzərində işləmək lazımdır - Cevdet Yılmaz

Beynəlxalq sistemin qlobal transformasiyası və institutların zəifləməsi fonunda ikitərəfli və regional əməkdaşlığın əhəmiyyəti artır.

17 Aprel 2026 13:12
Qlobal sistemdə islahatlar aparmaq və praktiki regional əməkdaşlığın inkişafı üzərində işləmək lazımdır - Cevdet Yılmaz

BAKI,VOA

Beynəlxalq sistemin qlobal transformasiyası və institutların zəifləməsi fonunda ikitərəfli və regional əməkdaşlığın əhəmiyyəti artır.

VOA xəbər verir ki, bunu Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib

Onun sözlərinə görə, dünya yalnız siyasi deyil, həm də iqtisadi sahədə dərin dəyişikliklərlə üzləşməkdədir.

“Qlobal səviyyədə genişmiqyaslı transformasiya baş verir. Təəssüf ki, milli və beynəlxalq institutlar zəifləyir, post-soyuq müharibə dövrünün nizamı isə təkcə siyasi deyil, iqtisadi baxımdan da dəyişir. Dünya iqtisadiyyatında yeni istehsal modeli formalaşır, geosiyasi gərginlik və regional risklər artır”, – deyə Cevdet Yılmaz qeyd edib.

O vurğulayıb ki, keçid dövründə həm risklər və çağırışlar artır, həm də yeni imkanlar yaranır.

"Belə şəraitdə, transformasiya dövründə risklər yüksək, çağırışlar böyükdür, lakin eyni zamanda insanların rifahını təmin etməyə imkan verən təhlükəsizlik və dayanıqlı inkişaf sahəsində yeni imkanlar və yanaşmalar meydana çıxır. Bu kontekstdə, mənim fikrimcə, ikitərəfli və regional əməkdaşlıq daha da əhəmiyyətli olur”, – deyə Türkiyənin vitse-prezidenti bildirib.

Yılmaz sabitliyin prioritet olduğunu və regional qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Şübhəsiz ki, biz ətrafımızda qeyri-sabitlik və təhlükəsizliksizlik əvəzinə sabitliyi seçirik. Məhz buna görə regional formatlarda iştirak edirik. Bir yandan, biz NATO-nun üzvü və Avropa İttifaqına namizəd ölkəyik. Digər yandan isə Türk Dövlətləri Təşkilatı kimi yeni regional formatlara, İslam ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə və regional təhlükəsizlik strukturlarının inkişafına can atırıq”, – deyə o bildirib.

O, həmçinin qeyd edib ki, qeyri-sabitlik şəraitində liderliyin rolu xüsusilə artır.

“Belə turbulent dövrlərdə liderliyin əhəmiyyəti artır. Liderlər hər zaman önəmlidir, ələlxüsus da, bu cür dönəmlərdə. Bu baxımdan Prezident Rəcəb Tayyib Ərdoğanın daha ədalətli dünya nizamına çağırışı hamımız üçün mühüm məqsəddir”, – deyə Yılmaz qeyd edib.

Yılmazın sözlərinə görə, qlobal sistemdə islahatların aparılması ilə yanaşı, praktiki regional əməkdaşlıq da paralel şəkildə inkişaf etdirilməlidir.

“Biz eyni anda iki məqsədi izləməliyik. Bir tərəfdən yeni, daha ədalətli dünya nizamının formalaşdırılması istiqamətində çalışmalı və bu məqsədi diqqətdən kənarda qoymamalıyıq. Digər tərəfdən isə realist olmalı və mövcud çağırışların öhdəsindən gəlmək üçün ikitərəfli və regional əməkdaşlığı inkişaf etdirməliyik. Türkiyə hər zaman münaqişələrə deyil, dialoq və diplomatiyaya dəstək verir”, – deyə Cevdet Yılmaz bildirib.

Yılmaz sabitliyin prioritet olduğunu və regional qarşılıqlı fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Məqalədə: #Cevdet Yılmaz #Antalya Diplomatiya Forumu #panel müzakirəsi #Beynəlxalq sistemin qlobal transformasiyası

Mövzu üzrə digər xəbərlər

Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir
Cəmiyyət

Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

3 Sentyabr 15:11
Misir niyə Məkkə Sazişinə qoşulmadı?
Türkiyə

Misir niyə Məkkə Sazişinə qoşulmadı?

8 Avqust 17:52
FETÖ və bənzəri qruplaşmalara qarşı ayıq-sayıq olmalıyıq - Cevdet Yılmaz
Türkiyə

FETÖ və bənzəri qruplaşmalara qarşı ayıq-sayıq olmalıyıq - Cevdet Yılmaz

13 İyul 15:22
Cevdet Yılmaz Tehranda Məsud Pezeşkianla görüşüb
Türkiyə

Cevdet Yılmaz Tehranda Məsud Pezeşkianla görüşüb

3 İyul 15:14

Son Xəbərlər

BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.