5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Cevdet Yılmaz Tehranda Məsud Pezeşkianla görüşüb

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Tehrandakı Sədabad Sarayında İran Prezidenti Məsud Pezeşkian ilə görüş keçirib. ABŞ və İsrailin hücumları nəticəsində həlak olan İranın mərhum ali lideri Əli Xameneinin xatirəsinə həsr olunmuş dövlət mərasimində iştirak etmək üçün İrana səfər edən Cevdet Yılmaz görüş barədə "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

3 İyul 2026 15:14
Cevdet Yılmaz Tehranda Məsud Pezeşkianla görüşüb

BAKI,VOA Orxan Qədirzadə

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Tehrandakı Sədabad Sarayında İran Prezidenti Məsud Pezeşkian ilə görüş keçirib.

ABŞ və İsrailin hücumları nəticəsində həlak olan İranın mərhum ali lideri Əli Xameneinin xatirəsinə həsr olunmuş dövlət mərasimində iştirak etmək üçün İrana səfər edən Cevdet Yılmaz görüş barədə "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

Yılmaz bildirib ki, Türkiyə son dövrdə ağır hadisələr yaşayan qardaş İran xalqının kədərini səmimi şəkildə bölüşür.

"Türkiyə regionumuzda davamlı sülh və sabitliyin təmin olunmasına, dialoq kanallarının gücləndirilməsinə və müharibədən sonrakı normallaşma prosesinin dəstəklənməsinə yönəlmiş səylərə bundan sonra da töhfə verməyə davam edəcək", – deyə o qeyd edib.

Türkiyənin İranla ikitərəfli münasibətlərin, ilk növbədə iqtisadiyyat, ticarət, enerji və nəqliyyat sahələrində daha da inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətini davam etdirmək niyyətində olduğunu vurğulayan Yılmaz, İran Prezidentinə səmimi qəbula görə təşəkkür edib.

Vitse-prezident paylaşımında həmçinin bildirib: "Uca Allahdan dünyasını dəyişən bütün iranlı qardaşlarımıza, ilk növbədə İnqilabın Ali Rəhbəri Əli Xameneiyə rəhmət diləyir, İran dövlətinə və dost, qardaş İran xalqına bir daha dərin hüznlə başsağlığı verir, səbir arzulayıram."

Məqalədə: #Cevdet Yılmaz #Tehran #Əli Xamenei #Məsud Pezeşkian #İqtisadi əməkdaşlıq #Regional sabitlik #Türkiyə vitse-prezidenti #İran Prezidenti #Sədabad Sarayı #Türkiyə İran münasibətləri

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır

4 Sentyabr 11:31

Son Xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.