Birinci vitse-prezident Mehriban Əliyeva "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərindən kadrlar paylaşıb
Birinci vitse-prezidenti Mehriban Əliyeva öz rəsmi Instagram səhifəsində 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanışlıqdan kadrlar paylaşıb. "Bakıda 19-cu 'Caspian Agro Week' və 31-ci 'InterFood Azerbaijan' sərgiləri ilə tanışlıq."
Birinci-vitse prezident Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı video paylaşıb
Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı video paylaşıb.
Birinci xanım Mehriban Əliyeva Antalyada “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı paneldə iştirak edib
Aprelin 18-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı panel iclas təşkil olunub. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Pasxa bayramı ilə bağlı paylaşım edib.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və Birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat verdilər.
Tbilisidə Birinci xanım Mehriban Əliyevanın şərəfinə lanç verilib
Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın şərəfinə Gürcüstanın Birinci xanımı Tamar Baqrationinin adından lanç verilib.
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub. Azərbaycanın Birinci xanımına muzey haqqında məlumat verildi. Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə Fətəli Axundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq, həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Ramazan bayramı münasibətilə paylaşım edib.
Milli Məclis Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubu ünvanlayıb.bu barədə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasının sonunda məlumat verib. Milli Məclisin sədri sözügedən təbrik təklifi ilə çıxış edib. Spikerin təklifi alqışlarla qəbul edilib.
Birinci vitse-prezident Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rəsmi sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir: "Hər bir qadına möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, tükənməz sevgi, sevinc və ailə səadəti arzulayıram!"
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Od çərşənbəsi ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Od çərşənbəsi ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Uca Allah mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Od çərşənbəniz mübarək!"
Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın Efiopiyanın Birinci xanımı Zinaş Tayaçev ilə görüşü olub
Fevralın 27-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Efiopiyanın birinci xanımı Zinaş Tayaçev ilə görüşü olub.