Türkiyə və Yunanıstan liderləri 11 fevralda bir araya gələcək
Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 11 fevral 2026-cı il tarixində Türkiyəyə rəsmi səfər edəcək. Səfər Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində baş tutacaq. Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duranın verdiyi məlumata görə, Ankara şəhərində keçiriləcək iclasda hər iki ölkənin müvafiq nazirləri də iştirak edəcək. Liderlərin rəhbərliyi ilə keçiriləcək görüşlərdə Türkiyə-Yunanıstan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək.
Türkiyə-Liviya razılaşması Yunanıstanda təşviş yaradıb
Türkiyə və Liviya arasında imzalanmış neft və dəniz yurisdiksiyası sahəsində əməkdaşlıq memorandumu Yunanıstanda ciddi narahatlığa səbəb olub.