Qətərdə tranzit sərnişinlərə ağlasığmaz sürpriz - Təyyarə biletinə 3 günlük Formula 1 yarışı əlavə edildi
"Qatar Airways Holidays" "Formula 1 Qatar Airways Qatar Grand Prix 2026" yarışları üçün eksklüziv tranzit (stopover) paketlərini təqdim edərək Qətərdə qısamüddətli qalma təcrübəsini yeni mərhələyə daşıyır. Tarixdə ilk dəfə olaraq üçgünlük "Formula 1" yarış biletləri uçuş və oteldə gecələmə ilə birlikdə tranzit paketlərinə inteqrasiya edilib. Bu Həməd Beynəlxalq Hava Limanından tranzit keçən sərnişinlərə öz səyahətlərini unudulmaz bir "Qran-pri" istirahətinə çevirmək imkanı yaradır.
Formula 1 Azərbaycan Qran-Prisi 2026 üçün paddok tikintisinə başlanıb
Hazırlıqlar çərçivəsində Formula 1 Azərbaycan Qran-Prisi 2026 üçün paddokun yenidən qurulmasına start verilib. Paddok ənənəvi olaraq Neftçilər prospektində, Hökumət Evinin qarşısında quraşdırılır. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaları və sürücüləri diqqətli olmağa çağırıb, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkür edib.
Azərbaycan Qran Prisi ABŞ-da rekord tamaşaçı auditoriyası qazanıb
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 ABŞ-da bu mərhələnin televiziya yayımları tarixində ən populyar yarış olub. Formula-1-in yayım hüquqlarına uzunmüddətli sahib olan ABŞ telekanalı ESPN rekord tamaşaçı marağı qeydə alıb.