Rusiyada müəssisədə partlayış baş verib - Ölən və yaralananlar var
Rusiyanın Ryazan vilayətindəki bir müəssisədə partlayış baş verib. Hadisə nəticəsində 5 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Partlayış yerinə əlavə olaraq 100 xilasedici göndərilib. Yeni gələn qrup Rusiya Fövqəladə Hallar Nazirliyinin “Sentrospas” aeromobil bölməsinin və Noqinsk xilasedici mərkəzinin əməkdaşlarından ibarətdir.
ABŞ-da polad istehsalı zavodunda partlayış baş verib
ABŞ-ın Pensilvaniya ştatının Kler ton şəhərində yerləşən "U. S. Steel" polad istehsalı zavodunda partlayış baş verib. Məlumata görə, partlayış nəticəsində bir neçə nəfər yaralanıb.
Hayfa şəhərindəki neft emalı zavodu fəaliyyətini qismən bərpa edib
İsrailin Hayfa şəhərində yerləşən "Bazan Group" şirkətinə məxsus neft emalı zavodları, iyunun ortalarında İranın endirdiyi raket zərbəsi səbəbilə fəaliyyətini dayandırmışdı.
Təbrizdə neft emalı zavodunda partlayış olub
İranın şimal-qərbində yerləşən Təbriz neft emalı zavodunun inşa edilməkdə olan bölmələrindən birində azot çəni partlayıb.