Bir sıra ölkələrdə Google xidmətlərinə girişdə problemlər yaşanıb
Bu gün səhər saatlarında bir sıra ölkələrdə, o cümlədən Türkiyədə Google-un bəzi xidmətlərinə girişdə problemlər müşahidə olunub. Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fatih Sayan məsələ ilə bağlı açıqlama verərək, kəsintinin Android və Google-a bağlı xidmətləri əhatə etdiyini bildirib. “Google, Android və ona bağlı servislərdə Türkiyə və Avropa bölgəsini əhatə edən kəsinti yaşanır. Türkiyə Milli Kibertəhlükəsizlik Müdaxilə Mərkəzimiz (USOM) Google-dan problemin səbəbinə dair texniki hesabat tələb edib. Prosesi yaxından izləyirik,” – deyə Sayan qeyd edib.
Dünyanın ən güclü Android smartfonlarının adları açıqlanıb
"AnTuTu" bençmarkının hazırladığı iyun ayının nəticələrinə əsasən, ən güclü on Android smartfonun siyahısı təqdim olunub.